19:36 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
331010

Ümumdünya Səhiyyə Təşkilatı da bu işi koordinasiya eləməlidir. Amma görünən odur ki, bu məsələyə heç bir xüsusi diqqət ayrılmayıb. Bu vəziyyət nəinki Azərbaycanda, digər ölkələrdə də təkrarlanır”, - Adil Qeybulla

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 16 iyun — Sputnik. İstənilən xəstəlikdən sağalmaqda dərmandan daha çox, psixoloji dəstək və inamın olması mühüm rol oynayır. Bu gün bütün dünyada, o cümlədən də Azərbaycanda xeyli sayda insan COVID-19-dan əziyyət çəkir. Dünyanı bürüyən bu pandemiya ilə bağlı vəziyyət get-gedə ölkəmizdə də gərginləşməkdədir.

Maraqlıdır, bu xəstələri müalicə edən həkimlər kimlərdir? Ümumiyyətlə, bu həkimlərin psixoloji dəstəkdə rolu nə qədərdir?

Tibb üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: “COVID-19 xəstələrinin müalicəsinə cəlb olunan şəxslər infeksionistlər, cərrahlar, reanimatoloqlar və terapevtlərdir. Bu şəxslər birbaşa olaraq müalicə işi ilə məşğuldurlar və bu cür xəstələr üçün spesifik müalicə üsulu yoxdur. Ağırlaşmanın qarşısını ala biləcək müalicə üsulları var".

"Bundan başqa, belə xəstələrə intubasiya etmək və həmin intubasiyaya qulluq etmək lazımdır”, - deyə o əlavə edib.

A.Qeybullanın sözlərinə görə, belə xəstələrə nəzarət üçün cərrahlar neytral bir mərtəbədə növbədə qalırlar:

"Hələlik əsasən bu ixtisasdan olan həkimlər COVID-19 xəstələrinin müalicəsinə cəlb olunublar. Lakin xəstə sayı artdıqca əlavə ixtisaslardan olan həkimlər də bu işə cəlb oluna bilərlər. Məsələn, rezidentlərin və başqa ixtisas sahiblərinin də bu işə cəlbi gözlənilə bilər”.

Ekspert həkimlərin bu xəstələrə psixoloji təsirlərindən də söz açıb: “Ümumiyyətlə, bu kimi pandemiyaların hökm sürdüyü ərəfədə əhalinin psixoloji reabilitasiyaya daha çox ehtiyacı olur. İnsanların depressiya və panikaya düşməsinin qarşısının alınması üçün reabilitasiya və bu xəstələrə həkimlərin də psixoloji dəstəkləri çox önəmlidir”.

“Xəstələrdə bədənin bütün mobilizasiyası xəstəlikdən xilasa yönəldilir. Hesab edirəm ki, psixolji reabilitasiya çox önəmlidir. Ümumiyyətlə, həkimlərdən əlavə, psixoloji reabilitasiyada cəmiyyətin digər üzvlərinin, nüfuzlu  xadimlərin, eləcə də KİV-in rolu olmalıdır. Ümumdünya Səhiyyə Təşkilatı da bu işi koordinasiya eləməlidir. Amma görünən odur ki, bu məsələyə heç bir xüsusi diqqət ayrılmayıb. Bu vəziyyət nəinki Azərbaycanda, digər ölkələrdə də təkrarlanır”, - deyə A.Qeybulla əlavə edib.

Əlaqədar

Cəbhədə görünməyən düşmənlə üz-üzə: Yoluxma və ölüm hallarını necə azaltmaq olar?
ÜST-ün Azərbaycan nümayəndəsi azərbaycanlıların qınaq hədəfi oldu
TƏBİB rəsmisi: "İnsanlar inamsızlıqları ilə işimizi çətinləşdirirlər" - VİDEO
Koronavirus Milli Məclisimizə də çatdı
Koronavirusa yoluxanların hər dördündən biri bu ölkənin vətəndaşıdır

Əsas mövzular