CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ÜST koronavirus xəstəsi olan süd verən analara səsləndi

© AFP 2023 / Ezequiel BecerraЖенщина кормит ребенка грудью, фото из архива
Женщина кормит ребенка грудью, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu günədək ana südündə infeksiyaya yol açacaq hər hansı bir virus aşkarlanmayıb. Bundan başqa, uşaqların bu virusa yoluxma riski də çox aşağıdır"

BAKI, 16 iyun — Sputnik. Ümumdünya Sağlıq Təşkilatı yeni doğum edən zahılara və süd verən analara səslənib.

Sputnik Azərbaycacn-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ÜST yaydığı məlumatda COVİD-19 xəstəsi olan anaların övladlarında süd vermə ilə bağlı hər hansı riskin yaranmadığını bildirib: "Bu günədək ana südündə infeksiyaya yol açacaq hər hansı bir virus aşkarlanmayıb. Bu səbəbdən gigiyenik qaydalara əməl etməklə analar körpələrini əmizdirə bilər.  Belə olan halda uşaqda müxtəlif viruslara qarşı dözümlülük yaranacaq".

"Bundan başqa, uşaqların bu virusa yoluxma riski də çox aşağıdır", - deyə ÜST-ün məlumatında bildirilib.

Xəbər lenti
0