04:54 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
223 0 0

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin işçi qrupunun rəhbəri Vasif Əliyev deyir ki, xəstəliyin artması xəstələr üçün yer problemi yaşada bilər

BAKI, 15 iyun – Sputnik. “Karantin rejimi ilə bağlı yumşaldılmaya gedəndən sonra koronavirusa yoluxma sayının artması gözlənilən idi, biz bu rəqəmləri gözləyirdik”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) işçi qrupunun rəhbəri Vasif Əliyev müsahibəsində deyib.

V.Əliyevin sözlərinə görə, insanlara sosial məsafənin, maskadan istifadənin və şəxsi gigiyena qaydalarına əməl etməyin zəruriliyi bildirilib.

O qeyd edib ki, ancaq buna baxmayaraq yenə də virusa yoluxma hallarının sayında artım var: “Qaydalara əməl edən vətəndaşlarımızla yanaşı, koronavirusa inanmayan insanlarımız da kifayət qədərdir. Bəzi insanlar həkimə müraciət etmirlər.

Koronavirusa yoluxub özünü evdə müalicə edənlər var. Sonda xəstəxanaya gec üz tuturlar. Hətta xəstəliyi öz yaxınlarından belə gizlədirlər. Bu isə biz həkimlərin işini çətinləşdirir. Əgər yoluxma ilə bağlı vaxtında müraciət olunsa, xəstənin müalicəsi də asanlaşar, ölüm faizi də aşağı düşər. İnsanların xəstəliyi gizlətməsi və digər şəxslərlə təması yoluxma sayının artmasına səbəb olur”.

TƏBİB rəsmisi bildirib ki, Azərbaycanda yetərli sayda xəstəxana var, hətta biz hər cür vəziyyətə hazır olmaq üçün qısa zaman ərzində modul tipli xəstəxanalar yaratdıq, eləcə də “Yeni Klinika” istifadəyə verildi: “Ancaq gələcəkdə xəstəliyin artması bizə xəstələr üçün yer problemi yaşada bilər. Bu problem təkcə bizdə deyil, Avropa ölkələrində də yaşanır. Buna görə də biz vəziyyəti idarə olunan formada saxlamaq üçün həftəsonu karantinlərinə qərar verdik.

Əgər gələcəkdə virusa yoluxma sayı kəskin artarsa, dövlət xəstəxanaları ilə bərabər, özəl xəstəxanalar da bu prosesə cəlb oluna bilər. Xəstəliyi simptomsuz və yüngül keçirən xəstələrin evdə müalicəsi də aparıla bilər”.

Əsas mövzular