CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərt karantin günlərində dializ xəstələri belə daşınacaqlar

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
“ASAN könüllüləri” xüsusi ayrılmış avtomobillər vasitəsi ilə həmin şəxslərin aidiyyati tibb müəssisələrinə çatdırılmasını və geri qaytarılmasını təmin edəcəklər

BAKI, 12 iyun — Sputnik. "Dializ xəstəsi olan şəxslər həftəsonu sərt karantin günlərində “ASAN xidmət”in 108 “Çağrı” Mərkəzinə zəng vurmaqla müvafiq tibb müəssisələrinə çatdırılmaları üçün müraciət edə bilərlər”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib. Ü.Mehdiyev qeyd edib ki, 972 dializ xəstəsinin hər biri ilə artıq onlar 108-ə müraciət etmədən əlaqə saxlanılıb.

Ü.Mehdiyev bildirib ki, “ASAN könüllüləri” xüsusi ayrılmış avtomobillər vasitəsi ilə həmin şəxslərin aidiyyati tibb müəssisələrinə çatdırılmasını və geri qaytarılmasını təmin edəcəklər: "Bundan başqa,  təcili yardımın, kommunal xidmətlərin (işıq, su, qaz, lift xidmətləri) “qaynar xətlər”inə müraciət etməkdə və digər zəruri təxirəsalınmaz hallarla bağlı çətinlik çəkən vətəndaşlar 108 “Çağrı” Mərkəzinə zəng vurmaqla zəruri xidmət sahələri ilə əlaqələndiriləcəklər".

Xəbər lenti
0