CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusa yoluxan xəstələrin videosu ilə bağlı araşdırmaya başlanılıb

© AP Photo / Evgeniy MaloletkaПациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива
Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
"Çox təəssüf edirik ki, xəstəxana işçilərindən kimsə vətəndaşların hüquqlarını tapdayaraq, bizim qoruduğumuz gizliliyi pozub. COVID-19 xəstələrini nəinki çəkməyə, hətta adlarının açıqlanmasına belə icazə yoxdur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 iyun — Sputnik. Sosial şəbəkələrdə koronavirusa yoluxan xəstələrin görüntüləri yayılıb. Sputnik Azərbaycan-ın məlumatına görə,  yayılan görüntülərin koronavirus xəstələri üçün ayrılmış xəstəxanalardan birinin reanimasiya şöbəsində lentə alındığı deyilir.

Məlumatlara görə, onlar COVID-19-a yoluxan xəstələrdir. Xəstələrin üzlərinin aydın görünməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Sputnik Azərbaycan-a bildirib ki, hazırda videogörüntülərin kim tərəfindən çəkilməsi araşdırılır: "Bu görüntülər COVID-19 xəstələrinin müalicə aldığı xəstəxanada çəkilib. Həmin videoda yataqda olanlar da bu virusa yoluxan xəstələrdir. Çox təəssüf edirik ki, xəstəxana işçilərindən kimsə vətəndaşların hüquqlarını tapdayaraq, bizim qoruduğumuz gizliliyi pozub. COVID-19 xəstələrini nəinki çəkmək, hətta adlarının açıqlanmasına belə icazə yoxdur. Bu məsələ TƏBİB-in ciddi nəzarətindədir. Hazırda görüntülərin kim tərəfindən qeydə alınması araşdırılır. Qanunla həmin şəxs məsuliyyətə cəlb olunacaq!"

Xəbər lenti
0