Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

TƏBİB bu gün koronavirusla bağlı keçirilən testlərin sayını açıqladı

© AP Photo / Jane BarlowТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 7553, vəfat edənlərin sayı 88, sağalanların sayı 4149-dur.

BAKI, 7 iyun - Sputnik. Bu gün Azərbaycanda koronavirusla bağlı keçirilən test sayı 5013 olub.

TƏBİB-dən verilən məlumata görə, ümumilikdə ölkədə koronavirusla bağlı keçirilən test sayı 339 876-dır.

Qeyd edək ki, Azərbaycanda daha 314 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər vəfat edib. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 7553, vəfat edənlərin sayı 88, sağalanların sayı 4149-dur.

Hazırda 3316 aktiv koronavirus xəstəsinin 155-i reanimasiyadadır, 20 nəfər süni tənəffüs aparatına qoşulub.

Xəbər lenti
0