01:16 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
31100

Həkim və televiziya aparıcısı Yevgeni Komarovski deyib ki, koronovirusdan sağalmış adamlar hələ də virus daşıyıcıları olduqları üçün başqalarını yoluxdura və özləri də yenidən yoluxa bilərlər.

BAKI, 7 iyun – Sputnik. Koronavirus infeksiyası ilə xəstələnən və sağalan insanlar hələ də virusu başqalarına yoluxdurmamaq üçün ehtiyat tədbirlərinə riayət etməlidirlər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu sözləri həkim və televiziya aparıcısı Yevgeni Komarovski öz Instagram hesabında bildirib.

O qeyd edib ki, hətta müalicə olunmuş insan da "hər yerdə gəzərsə və hər şeyə əl atarsa", başqalarını  virusa yoluxdura bilər. Eyni zamanda onlar özləri də sağalmaqla bu virusdan xilas olmayıblar, istənilən vaxt yenidən xəstələnə bilərlər. 

"Əgər sizdə artıq koronavirus infeksiyası olubsa, sonra hətta qapının dəstəyindən tutanda, ya da kiminləsə əl verib görüşəndə virusu qəbul edə və yoluxdura bilərsiniz. Ehtiyatlı olun: Sosial məsafəyə riayət edin və əllərinizi yuyun", — Komarovski bildirib.

ÜST-nin məlumatına görə, dünyada koronavirus xəstəliyinə 6,6 milyondan çox insan yoluxub, 391 mindən artıq adam vəfat edib.

Əsas mövzular