Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Çin günahını bu şəkildə yumaq istəyir - Bütün dünyaya söz verdi

© AFP 2023 / MLADEN ANTONOVВакцина от COVİD-19, фото из архива
Вакцина от COVİD-19, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Van Çjiqanın sözlərinə görə, indi beş növ vaksin hazırlanır, onlardan bəziləri artıq sınaqdan keçirilir və bu iş zamanı üstünlük təhlükəsizlik, effektivlik və preparatların əlçatanlığına verilir.

BAKI, 7 iyun — Sputnik. Çin hakimiyyəti hazır olduqdan və bütün kliniki sınaqlardan keçdikdən sonra koronavirusa qarşı vaksini bütün dünya üçün əlçatan etməyə hazırlaşırlar. RİA Novosti xəbər verir ki, bu barədə ölkənin Elm və texnika naziri Van Çjiqan "COVID-19-la mübarizə: Çinin hərəkətləri" kitabının dərci münasibətilə keçirilən mətbuat konfransında bildirib.

O bəyan edib ki, Pekin ÇXR sədri Si Tszinpinin ÜST-ün 73-cü sessiyasında bəyan etdiyi bütün öhdəlikləri yernə yetirəcək.

Van Çjiqanın sözlərinə görə, indi beş növ vaksin hazırlanır, onlardan bəziləri artıq sınaqdan keçirilir və bu iş zamanı üstünlük təhlükəsizlik, effektivlik və preparatların əlçatanlığına verilir.

"Bəşəriyyətin epidemiyalarla mübarizə tarixi göstərir ki, onlarla bacarmağın fundamental strategiyası məhz vaksin hazırlamaqdır. Dünyaya növbəti mərhələlərdə də onların hazırlanmasında əməkdaşılığı gücləndirmək lazımdır", - nazir əlavə edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirusa yoluxanların sayı 6 863 044 nəfərə çatıb.

Xəbər lenti
0