09:52 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
Dünyanı cənginə almış bəla (294)
32 0 0

Tədqiqatın obyekti olan on xəstənin hamısı famotidin qəbulunun başlamasından sonra sağlamlıq vəziyyətlərinin yaxşılaşdığını bildirib.

BAKI, 7 iyun – Sputnik. Ucuz dərman olan famotidinin qəbulu xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayan COVID-19-a yoluxmuş xəstələrin müalicəsinin nəticələrinin yaxşılaşdırılmasına təsir göstərə bilər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu nəticəyə araşdırmaları Gut jurnalında yayımlanan bir qrup tədiqatçı alim gəlib.

Tədqiqatın obyekti xəstəlik zamanı famotidin qəbul edən koronavirus infeksiyasına yoluxmuş on xəstə olub. Bu dərman qıcqırmaya qarşı istifadə olunur. Mütəxəssislər xəstəliyin beş əsas əlamətinin ağırlıq dərəcəsini qiymətləndiriblər: öskürək, nəfəs darlığı, yorğunluq, baş ağrısı, dad və iybilmə qabiliyyətinin itirilməsi.

Qeyd olunur ki, xəstələr əsasən dərmanın 80 milliqramlıq dozasını gündə üç dəfə olmaqla 11 gün ərzində (5-21 gün aralığında) qəbul ediblər.

"Famotidin yaxşı sovrulub, əks effektləri olmayıb", - tədqiqatçılar bildiriblər.

On xəstənin hamısı famotidin qəbulunun başlamasından sonra sağlamlıq vəziyyətlərinin yaxşılaşdığını bildirib. Simptomların ümumi qiymətləndirilməsi ilk 24 saat ərzində əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Eyni zamanda, tədqiqatçılar famotidin qəbulunun effektivliyini təsdiqləmək üçün mövcud məlumatların yetərli olmadığına da diqqət çəkiblər.

Daha əvvəl Faynşteyn adına Tibbi Araşdırmalar İnstitutunun prezidenti doktor Kevin Treysi koronavirus xəstələrini müalicə etmək üçün famotidinin klinik sınaqlarının başlanmasından danışmışdı. O əlavə edib ki, əgər preparat effekt versə, ondan istifadə etmək olar. Çünki o, "universal, ucuz və çoxdur".

Mövzu:
Dünyanı cənginə almış bəla (294)

Əlaqədar

Lukaşenko yenə koronavirusdan danışdı – Onun öz versiyası var
Dünyada ilk dəfə Türkiyədə suda koronavirus olması araşdırılır
Azərbaycanda millət vəkilinin yaxın qohumu koronavirusdan öldü
Britaniyanın keçmiş kəşfiyyat rəhbəri: koronavirus Çin laboratoriyasında yaranıb
ÜST-ün nümayəndəsindən koronavirusla bağlı bədbin proqnoz

Əsas mövzular