03:39 13 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
Dünyanı cənginə almış bəla (332)
8810

Standart tədbirlərin tələb olunduğu digər aspektlər (məsələn, təhlükəsiz inyeksiya, əl gigiyenası) bu sənəddə vurğulanmayıb

BAKI, 6 iyun — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus pandemiyası dövründə tövsiyə olunan fərdi qoruyucu vasitələri (PPE) açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, TƏBİB-in tövsiyəsində bildirilir ki, COVID-19 infeksiyasına yoluxduğu şübhələnilən xəsətəyə birbaşa müdaxilə edən və ya xəstəylə eyni məkanı paylaşan EMS klinisistləri Standart Ehtiyat Tədbirlərinə əməl etməli və PPE vasitələrindən istifadə etməlidirlər.

Tövsiyə edilən PPE vasitələrinə aiddir:

N-95 və ya daha yüksək səviyyəli respirator və ya üz maskası (respirator olmadıqda).

Aerozol generasiya edən prosedurları həyata keçirən zaman üz maskasının yerinə N-95 respirator və ya daha yüksək səviyyədə qoruyan respiratorlardan istifadə edilməlidir.

Gözlərin qorunması (yəni üzün ön və yan tərəflərini tam əhatə edən gözlüklər və ya birdəfəlik istifadə olunan üz qalqası). Şəxsi gözlük və kontakt linzalar adekvat göz qoruyucuları sayılmır.

Tək dəst birdəfəlik xəstə müayinə əlcəyi. Əlcəklər və izolyasiyaedici xalat yırtılıbsa və ya çox çirkləndiyi halda dəyişdirilməlidir.

Xalat çatışmazlığı olduqda, aerozol generasiya edən prosedurlarda, spreylərin istifadə edildiyi prosedurlarda və patogenlərin əldən-ələ və EMS klinisistlərinin geyimlərinə ötürülməsinə səbəb olan yüksək təmaslı xəstə baxımı fəaliyyətlərində iştirakları zamanı işçilər xüsusilə diqqətli olmalıdırlar (məs. xəstəni xərəyə yerləşdirən zaman).

Təchizat zənciri bərpa edildikdə, uyğun analizdən keçmiş təcili tibbi yardım həkimləri, COVID-19-un araşdırıldığı və ya şübhələnildiyi xəstələrlə kontakta girən zaman təkrarən respiratorlardan istifadə etməyə başlamalıdırlar.

Sürücülər xəstəyə birbaşa qulluq göstərirlərsə (məsələn, xəstələri xərəyə yerləşdirirlərsə), tövsiyə olunan bütün PPE vasitələrini geyinməlidirlər. Xəstə baxımını tamamladıqdan sonra və nəqliyyat vasitəsinin sürücüyə məxsus təcrid olunmuş hissəsinə girməzdən əvvəl sürücünün PPE-ni çıxarıb atması və bölmənin təmizliyini qorumaq üçün əl gigiyenasını yerinə yetirilməlidir.

Nəqliyyat vasitəsində təcrid edilmiş (qapalı) sürücü bölməsi yoxdursa, sürücü üz qalqasını və ya gözlükləri, xalat və əlcəkləri çıxarıb əl gigiyenasını yerinə yetirməlidir. Nəqliyyat zamanı respiratordan və ya üz maskasından istifadə edilməlidir.

Bütün personal işləyərkən üzlərinə toxunmaqdan çəkinməlidir.

Tibb müəssisəsinə çatdıqda, xəstə müəssisəyə daxil edildikdən sonra, EMS klinisistləri PPE vasitələrindən azad olmalı və əl gigiyenasını yerinə yetirməlidir. İstifadə olunmuş PPE-nin utilizasiyası rutin prosedurlara uyğun olaraq həyata keçirilməlidir.

Standart tədbirlərin tələb olunduğu digər aspektlər (məsələn, təhlükəsiz inyeksiya, əl gigiyenası) bu sənəddə vurğulanmayıb. Lakin "İzolyasiya Ehtiyat Tədbirlərinə dair Təlimata", həmçinin Səhiyyə Müəssisələrində infeksiyanın qarşısının alınmasına yönəlik xüsusi təlimatlara istinad etmək tələb olunur.

Mövzu:
Dünyanı cənginə almış bəla (332)

Əlaqədar

Bakıda koronavirusa yoluxma ən çox bu rayondadır
Britaniyanın keçmiş kəşfiyyat rəhbəri: koronavirus Çin laboratoriyasında yaranıb
Hava və koronavirus arasında əlaqə varmı? Akademik izah edir
Koronavirusa yoluxanların sayı durmadan artır
Azərbaycanda millət vəkilinin yaxın qohumu koronavirusdan öldü

Əsas mövzular