CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu, ikinci dalğa deyil, sabahkı icazəni də bayram etməyin - Ramin Bayramlı

© Sputnik / Murad OrujovПредседатель правления TƏBİB Рамин Байрамлы
Председатель правления TƏBİB Рамин Байрамлы - Sputnik Azərbaycan
Abunə olmaq
"Sərt karantin rejimindən çıxan zaman statistik göstəricinin gözləmədiyimiz istiqamətdə getməyinin şahidi oluruq"

BAKI, 4 iyun — Sputnik. “Yumşalma barədə qərara epidemioloji durum imkan verirdi”.

Sputnik Azərbaycan bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, Operativ Qərargahın tibbi bölməsi tərəfindən çoxsaylı tibbi-metodik göstərişlər hazırlansa da, bu göstərişlərə əməl edilməyib: “Bu, ikinci dalğa deyil. Hazırda pandemiyanın başlanğıc mərhələsindəyik. Sərt karantin rejimindən çıxan zaman statistik göstəricinin gözləmədiyimiz istiqamətdə getməyinin şahidi oluruq”.

Посмотреть эту публикацию в Instagram

4 iyun, 2020-ci il tarixinə olan rəsmi məlumat

Публикация от Sputnik Azərbaycan (@sputnik.az)

R.Bayramlı nəzərə çatdırıb ki, həftənin cümə günü dövlət qurumlarında qısaldılmış iş günü tətbiq olunacaq:

“Cümə günü dövlət müəssisələri saat 2-yə kimi işləyəcək. Ancaq insanlar bunu bayram etməsinlər. Bu, insanların restoranlara, əyləncə mərkəzlərinə axın etməsi üçün deyil, onlar ərzaq ehtiyaclarını təmin etsinlər. Özəl müəssisələrə də iş saatlarını saat 14.00-a qədər bitirməyi tövsiyə edirik”.

“Apteklərin bağlanması ilə bağlı bu günlərdə vətəndaşlar zəruri dərman ləvazimatlarını əvvəldən ala bilərlər", - deyən R.Bayramlı bildirib ki, ancaq təcili hallar olarsa, bununla bağlı təcili tibbi yardım briqadaları vasitəsilə həmin şəxslərə xidmət göstəriləcək.

“Gələcəkdə həftə sonları və bayram günlərində hərəkətin məhdudlaşdırılması nəzərdə tutulur. Ancaq bu barədə hələ qərar verilməyib”, - deyə TƏBİB sədri bildirib.

O qeyd edib ki, tək həftə sonu qapanma xəstəliyin yayılmasının qarşısını almaq üçün yetərli deyil: “Həftə ərzində də insanlar sosial məsafəni gözləməli və tibbi maskadan istifadə etməlidirlər”.

Xəbər lenti
0