14:58 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
Dünyanı cənginə almış bəla (294)
3310

İXM-ə edilən əlavəyə görə, Azərbaycanda təyin olunmuş yerlərdə maska taxmayan fiziki şəxslər əlli manat, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə ediləcəklər

BAKI, 31 may - Sputnik. Tibb elmləri doktoru, dermatoloq Yuliya Qallyamova maska və əlcək taxarkən dərini qorumağın yollarını açıqlayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, həkimin sözlərinə görə, ən allergen əlcəklər lateksdən hazırlananlardır.

“Real həyatda bizi göbələklərdən qoruyan dərinin özünə müdafiə lazımdır, onun su-lipid balansını artırmaq vacibdir”, - dermatoloq deyib.

Bunun üçün nəmləndirici əl kremindən istifadə etmək gərəkdir, çünki insanlar tez-tez əllərini yuyur və sanitayzerlə dezinfeksiya edirlər.

“Əgər dəri qurudursa, qidalandırıcı, bir qədər yağlı, əgər qalındırsa, altında piy qatı çoxdursa, o zaman yüngül, su əsaslı, gel kimi kremlərdən istifadə etmək gərəkdir”, - Qallyamova tövsiyə edib.

Maskalar üzdə qıcıq yaradarsa, bu zaman qıcıqlanan dəri üçün kremlərdən istifadə etmək lazımdır. Dermatoloq bildirir ki, onların tərkibində dermatitin qarşısını almağa kömək edən sink var.

Qeyd edək ki, Azərbaycanda karantin rejimi iyunun 15-dək uzaldılsa da, bəzi qaydaları qismən yumşaldılıb. Ancaq bununla yanaşı, Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərar qəbul edib. Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Bu gün isə Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri müzakirə edib. Məcəlləyə edilən əlavəyə görə, tələbləri pozan fiziki şəxslər əlli manat, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə ediləcəklər.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcəklər.

Mövzu:
Dünyanı cənginə almış bəla (294)

Əlaqədar

Deputatlar maskasızların cəriməsini "kəsdilər"
Üzünüzü görək: ilin sonuna qədər maskada? – SORĞU
Maskalar məsuliyyətsiz şəkildə atılarsa...
30 qəpiklik maskaya 100 manat ödəmək istəmirsiniz?
Haradan biləydilər... 1.6 milyard maskanı yandırdılar

Əsas mövzular