16:13 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
105 0 0

“Bu yeni virus əvvəllər insan orqanizmində olmasa da, hazırda insan reseptorları ilə heyrətamiz dərəcədə möhkəm bağlantı qurur. Bu da çox təəccüblüdür”

BAKI, 28 may — Sputnik. Avstraliyalı alimlər SARS-CoV-2 koronavirusunun onu başqalarından fərqləndirən xüsusiyyətini aşkarlayıblar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Daily Mail" yazır.

Mütəxəssislər tədqiqat apararaq bir sıra canlı orqanizmlərin infeksiyaya qarşı dayanıqlığını aşkarlayıblar. Onlar qeyd edirlər ki, koronavirus ACE2 reseptoruna sivri uclu zülalla yapışır və o nə qədər bərk yapışarsa, onun orqanizmdən rədd olması bir o qədər çətinləşir.

Məlum olub ki, koronavirus digər canlıların deyil, məhz insanın hüceyrələrinə adaptasiya olunur. Hətta yarasalarda qeydə alınan xəstəliyin ştammı da öz daşıyıcılarına uyğunlaşmayıb. Mütəxəssislər, həmçinin müəyyən ediblər ki, koronavirus məhz insanlar arasında bu qədər geniş yayılıb.

“Bu yeni virus əvvəllər insan orqanizmində olmasa da, hazırda insan reseptorları ilə heyrətamiz dərəcədə möhkəm bağlantı qurur. Bu da çox təəccüblüdür”, - deyə Flinders Universitetinin professoru Nikolay Petrovski deyib. 

O qeyd edib ki, bir qayda olaraq viruslar yeni növlərin yoluxması zamanı tədricən uyğunlaşırlar, amma COVID-19 “ilk gündən dəyişməyə ehtiyacı olmadan tamamilə optimallaşdı”.

Əsas mövzular