16:35 31 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (83)
28202

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1949 və 1962-ci il təvəllüdlü iki nəfər vəfat edib

BAKI, 22 may — Sputnik. Azərbaycanda 106 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirib.

O, Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqlayaraq qeyd edib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1949 və 1962-ci il təvəllüdlü iki nəfər vəfat edib: "Hazırkı dövrədək ölkəmizdə 3855 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2399 nəfər müalicə olunaraq sağalıb, 46 nəfər vəfat edib, 1410 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 48 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 259155 test aparılıb".

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (83)

Əlaqədar

“Koronavirusdan ölüb” adı altında pul təklif edilir? – Rəsmi açıqlama
ÜST: Dünyada bir gündə koronavirusa rekord yoluxma qeydə alınıb
Yenə koronavirus, yenə cənazə: Ayrı qəbiristanlıq və fərqli dəfn varmı?
Koronavirusla bağlı layihənin ikinci mərhələsi yekunlaşdı
Sumqayıtda koronavirusu müəyyən edən laboratoriya istifadəyə verildi

Əsas mövzular