01:29 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
302 0 0

STI-1499 anti-cisimi virusu əhatə edərək, onu 4 günə orqanizmdən çıxarır. “Sorrento Therapeutics” şirkətinin təsisçisi doktor Henri Ci (Dr. Henry Ji) onun dərman olduğunu bəyan edib: “Bir daha qeyd edirik ki, bu, dərmandır. Dəqiq işləyən həll yolu var”.

BAKI, 18 may — Sputnik. Amerikanın “Sorrento Therapeutics” bioəczaçılıq şirkətinin alimləri koronavirusu 100 faiz dayandıran anti-cisim müəyyən ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Mənbə bildirib ki, mütəxəssislər milyardlarla anti-cisim analiz edərək, onların arasından koronavirusa təsir edə biləcək yüzə yaxınını seçiblər. Bundan sonra onlar ona yaxın anti-cisim ayırıblar. Növbəti araşdırmalar göstərib ki, onlardan biri – STI-1499 insan hüceyrələrini koronavirusa yoluxmaqdan 100 faiz müdafiə etmək qabiliyyətindədir.

Qeyd edilir ki, STI-1499 anti-cisimi virusu əhatə edərək, onu 4 günə orqanizmdən çıxarır. “Sorrento Therapeutics” şirkətinin təsisçisi doktor Henri Ci (Dr. Henry Ji) onun dərman olduğunu bəyan edib: “Bir daha qeyd edirik ki, bu, dərmandır. Dəqiq işləyən həll yolu var”.

Hələlik sınaqlar laboratoriya şəklində keçirildiyindən, şirkət dərmanın buraxılması üçün icazə ala bilməyib.

Doktor Ci bildirib ki, bu dərman sayəsində bütün ölkələrdə karantin rejimini ləğv etmək olar: “Əgər bizim bədənimimizdə neytrallaşdıran anti-cisim olsa, sosial məsafəyə gərək olmayacaq”.

Əsas mövzular