15:06 14 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
16110

Rusiyalı həkim xatırladıb ki, əksər epidemioloq və virusoloqlar daha təhlükəli epidemiyaların olacağı qənaətindədirlər

BAKI, 14 may — Sputnik. Rusiyanın məşhur həkimi Aleksandr Myasnikov gələcəkdə yeni növ koronavirusdan (COVID-19) daha ölümcül bir pandemiyanın yaşanacağını bildirib. Sputnik Türkiyə xəbər verir ki, "Komsomolskaya Pravda"-ya açıqlama verən həkim yeni növ koronavirusun ola biləcəyini də xəbərdarıq edib.

Günümüzdə yaşanan pandemiyanı dəyərləndirən Myasnikov qeyd edib ki, yaşananlar daha böyük pandemiya öncəsi təlimdir: "Dünya, görülən tədbirləri təkmilləşdirməlidir. Bu pandemiya dünyanın buna hazır olmadığını göstərdi".

Rusiyalı həkim xatırladıb ki, əksər epidemioloq və virusoloqlar daha təhlükəli epidemiyaların olacağı qənaətindədirlər: "Hər kəs heç şübhəsiz yaşanacağını yazır. Nə zaman baş verəcəyi isə sual altındadır. İnsanlığın mövcud durumdan dərs çıxarmasından başqa bir çıxış yolu yoxdur".

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 4347921-ə çatıb.

Məlumata əsasən, virusa yoluxmuş 297220 nəfər vəfat edib, 1549343 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 1 milyon 390 min 734 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 242271 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular