Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

COVID dissidentləri – insanlar niyə koronavirusu inkar edirlər

© Sputnik / Tatyana Makeeva / Mediabanka keçidРабота медиков с больными COVID-19 в больнице
Работа медиков с больными COVID-19 в больнице - Sputnik Azərbaycan
Abunə olmaq
"Yerin düz olduğuna inanan insanlar da var. Nə qədər onlara izah etsən də, faydası yoxdur. Bu cür insanlar yalnız özləri kosmosa uçsalar, inanarlar", - ekspert deyib

BAKI, 13 may — Sputnik. Yeni koronavirus infeksiyasını zəif psixikalı insanlar inkar edirlər. Bu şəkildə onlar müdafiə olunurlar. Sputnik Azərbaycan xəbər verir ki, bunu tibb elmləri doktoru, professor, Rusiyanın Əməkdar həkimi, Rusiya Elmlər Akademiyasının Tibbi-Bioloji Problemlər İnstitutunun direktor müavini Yuri Bubeyev RİA Novosti-yə müsahibəsində deyib.

"İnkar psixikanın qoruyucu xüsusiyyətidir. İlk növbədə belə reaksiya zəif psixikalı insanlarda yaranır. Bundan əlavə, inkar təməl illüziyalara əsaslanır. Onlar hər kəsdə var, amma bəzilərində daha güclü ifadə olunur. Onlardan biri "mənə heç nə olmaz" illüziyasıdır. Belə illüziyalar yaxınlardan kimsə xəstələnənə, yaxud ölənə qədər qalır. Bu zaman psixikanın qoruyucu konstruksiyalarının çökməsi ciddi psixoloji travmalara gətirib çıxara bilər", - ekspert bildirib.

Onun sözlərinə görə, COVID dissidentlərini şəxsən və ya yaxın insanlar vasitəsilə xəstəliklə üzləşməyənə qədər inandırmaq mümkün deyil.

"Yerin düz olduğuna inanan insanlar da var. Nə qədər onlara izah etsən də, faydası yoxdur. Bu cür insanlar yalnız özləri kosmosa uçsalar, inanarlar", - Bubeyev deyib.

Ekspert hesab edir ki, yeni koronavirus infeksiyasına inanan, lakin özünütəcridə riayət etməyən digər insanlar isə yalnız məhdudiyyətləri sınayırlar.

"Uşaqlar kimi bizim də "böyüklər" tərəfindən tətbiq edilən məhdudiyyətlərdən kənara nə qədər çıxa biləcəyimizi yoxlamaq arzumuz olur. Hesab edirəm ki, bu cür insanların davranışı bununla izah olunur", - o deyib.

Ekspertin sözlərinə görə, ən böyük təhlükə özünütəcrid tələblərini yerinə yetirməyən, lakin virusu daşıyan insanlardır.

"Bu insanlara yalnız ciddi inzibati tədbirlər və sərt nəzarət təsir edə bilər", - Bubeyev vurğulayıb.

Xəbər lenti
0