CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çimərkən də koronavirusa yoluxmaq olur?

© AFP 2023 / PASCAL POCHARD-CASABIANCAДевушка отдыхают на пляже, фото из архива
Девушка отдыхают на пляже, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Son məlumatlara görə, dünyada koronavirusa yoluxanların sayı 4 milyonu keçib. İndiyədək 275 mindən çox insan COVID-19 xəstəliyindən dünyasını dəyişib

BAKI, 10 may — Sputnik. Dənizdə, hovuzda çimərkən, yaxud SPA salonunda olarkən koronavirusa yoluxmaq riski elə də böyük deyil.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə RİA Novosti İspaniyanın Elmi araşdırmalar üzrə Ali Şurasının (CSIC) alimlərinə istinadən xəbər verir.

Onların apardıqları tədqiqata görə, dəniz suyunda duz olduğundan yoluxma riskini xeyli azaldır. Hovuzlarda və SPA salonlarda isə dezinfeksiyaedici vasitələrdən istifadə olunur ki, bu da virusun aktivliyini azaldır. Bundan başqa, sauna və hamamlarda temperatur 60 dərəcədən yuxarıdır, belə mühit virusun çoxalması üçün əlverişli deyil.

Ancaq mütəxəssislər vurğulayırlar ki, şirin və təmizlənməyən  su hövzələrində yoluxma riski xeyli çoxdur və belə məkanlara gedərkən öncədən təhlükəsizlik tədbirləri görülməlidir.

Son məlumatlara görə, dünyada koronavirusa yoluxanların sayı 4 milyonu keçib. İndiyədək 275 mindən çox insan COVID-19 xəstəliyindən dünyasını dəyişib.

Xəbər lenti
0