14:26 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
119 0 0

"Bizim ilkin hesablamalarımıza görə bir xəstəyə xərclənən vəsait xəstəlik dərəcəsi ağırdırsa 150 manat təşkil edir. Ən yüngül dərəcəli xəstələrə isə çəkilən xərc 80 manatdır"

BAKI, 6 may — Sputnik. Azərbaycanda koronavirusa yoluxmuş xəstələrin müalicəsinə çəkilən xərc açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev  söyləyib.

O, bildirib ki, koronavirusa yoluxmuş şəxslərə çəkilən xərc onların xəstəliyinin ağır-yüngüllüyünə görə dəyişir: "Koronavirusa yoluxmuş xəstələrin ağırlıq dərəcəsi var. Bizim ilkin hesablamalarımıza görə, bir xəstəyə xərclənən vəsait xəstəlik dərəcəsi ağırdırsa 150 manat təşkil edir. Ən yüngül dərəcəli xəstələrə isə çəkilən xərc 80 manatdır. Bu mart ayı üçün çəkilən xərcdir. Bu rəqəmin içərisinə yemək, geyim, maska həkimlərə verilən əmək haqqı, əlavələr və onların istifadə etdiyi xüsusi qoruyucu vasitələrə sərf olunan vəsait də daxildir".

Əsas mövzular