16:49 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
94 0 0

Azərbaycanlı müğənni Aysel Məmmədova milli motivləri əks etdirən yeni mahnısını Azərbaycan dilində təqdim edib

BAKI, 6 may — Sputnik, Kəmalə Əliyeva. Tanınmış azərbaycanlı müğənni Aysel Məmmədova öz yeni "Demə Mənə Neyləyim" mahnısını dinləyicilərə təqdim edib. Kompozisiyanın musiqi və sözlərini müğənni özü yazıb, aranjimanını isə Kərim (STKHA) edib. Bu barədə Sputnik Azərbaycan-a ifaçı özü məlumat verib.

"Son illər ingilis və rus dillərində musiqilər yazdırmağıma baxmayaraq, bu dəfə ana dilində milli koloritə və motivlərə əsaslanan mahnı yaratmaq istədim. Qeyd etmək istəyirəm ki, bu, mənim Azərbaycan dilində ilk müəllif mahnımdır. O, çox səmimi və gözəl alındı. Bundan əlavə, əvvəllər demo-versiyasını yerləşdirdiyimiz sosial şəbəkələrdə yüzlərlə müsbət rəy əldə etməyə müvəffəq oldu. Buna əsaslanaraq deyə bilərəm ki, biz bu mahnı ilə ürəklərə yol tapa bildik", - deyə Məmmədova bildirib.

Aysel Məmmədova 1989-cu ildə Bakıda anadan olub. Beynəlxalq Caz və musiqi festivallarının iştirakçısıdır. Müğənni Bakıdakı "Jara" festivalında Rusiya ulduzları ilə birlikdə iştirak edib.

"Avroviziya-2018" müsabiqəsində ifaçı "X my heart" mahnısı ilə çıxış edib, lakin layihənin finalına çıxa bilməyib. "Yeni dalğa" müsabiqəsində səkkizinci yeri tutub.

Əlaqədar

Azərbaycanlı müğənnilər əfsanəvi mahnını "ağlatdılar" - VİDEO
Üç müğənnimizi bir qız yaman dərdə salıb: "Axı niyə?" – VİDEO
Müğənni Rəqsanənin həyat yoldaşı xəstəxanaya düşdü: koronavirus testi verir
Filipp Kirkorov azərbaycanlı qardaşının adını açıqladı
Azərbaycanlı müğənni Moskvada müharibə veteranının sevgi hekayəsini canlandırıb

Əsas mövzular