CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ÜST rəhbəri koronavirusa qarşı ən effektiv vasitəni açıqladı

© AP Photo / John MinchilloТест на коронавирус
Тест на коронавирус - Sputnik Azərbaycan
Abunə olmaq
Heç də hamının müntəzəm olaraq əl yumaq imkanı yoxdur, çünki hazırda planetdə üç milyarddan çox insanın evində sadəcə olaraq su yoxdur

BAKI, 5 may — Sputnik. Əllərin yuyulması koronavirusa yoluxmanın qarşısını almaq üçün ən effektiv vasitələrdən biridir.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Gebreyesus Cenevrədə brifinqdə deyib.

“Bu, COVID-19 və bir çox başqa xəstəliklərdən qorunmaq və ictimai sağlamlıq baxımından ən yaxşı tədbir olaraq qalır”, - deyən Gebreyesus xatırladıb ki, mayın 5-i Ümumdünya Əl Gigiyenası Günü kimi qeyd olunur.

Eyni zamanda ÜST rəhbəri vurğyulayıb ki, heç də hamının müntəzəm olaraq əl yumaq imkanı yoxdur, çünki hazırda planetdə üç milyarddan çox insanın evində heç su xətti də quraşdırılmayıb. Pandemiya ilə mübarizə üçün o, spirt əsaslı sabun və yuyucu vasitələrin istehsalına yatırımları artırmağa çağırıb.

Son məlumatlara görə, dünyada COVID-19-dan ölənlərin sayı 250134 nəfərə, sağalanların sayı 1145407 nəfərə, ümumi yoluxanların sayı isə 3562919 nəfərə çatıb.

ÜST martın 11-də koronavirus epidemiyasını pandemiya elan edib.

Xəbər lenti
0