07:07 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
47 0 0

Minnesota Universitetinin İnfeksiya Xəstəliklərini Araşdırma Mərkəzinin hazırladığı hesabatda pandemiyanın dünya əhalisinin üçdə ikisi virusa qarşı immunitet qazanana qədər davam edəcəyi proqnozu verilib.

BAKI, 2 may — Sputnik. "Koronavirus pandemiyası 2 il davam edəcək". Sputnik Azərbaycan NTV-yə istinadla xəbər verir ki, bu xəbərdarlıq ABŞ alimlərindən gəlib.

Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli
© REUTERS / CHRISTIAN HARTMANN

Minnesota Universitetinin İnfeksiya Xəstəliklərini Araşdırma Mərkəzinin hazırladığı hesabatda pandemiyanın dünya əhalisinin üçdə ikisi virusa qarşı immunitet qazanana qədər davam edəcəyi proqnozu verilib.

Hesabatda pandemiyanın dalğalar şəklində ən az 2022-ci ilədək davam edəcəyi nəticəsinə gəlinib.

Hesabatda qeyd edilib ki, koronavirusa tutulmanın azaldığı ölkələrdə hökumətlər normallaşma üçün addımlar atmağa başlayıb. Ancaq ictimaiyyətin pandemiyanın bitməyəcəyi ilə bağlı xəbərdarlıq edilməsi lazımdır. Hesabatda cəmiyyətlərin pandemiyanın yeni dalğalarına hazır olmasına diqqət çəkilib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Ən çox yoluxma halları ABŞ (1 103 781), İspaniya (215 216) və İtaliyada (207 428) qeydə alınıb.

Əsas mövzular