Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

COVID-19-a yoluxanlar ən çox bu rayonlardadır

© AFP 2023 / MOHD RASFANТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Xəstəlikdən sağalan donorların müayinəsi tamamlanıb və sabahdan etibarən plazmalar alınaraq pasportlaşdırılacaq"

BAKI, 1 may — Sputnik. “Ötən iki həftədə yoluxma faktlarında azalma qeydə alınıb. Aprelin 27-dən sonra isə yoluxanların sayının artması müşahidə olundu. Mayın 1-də yenə neqativ tendensiya müşahidə edildi”.

Gəncədə vəziyyət - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı, amma yeni icazələr var

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. İ.Məmmədov deyib ki, iki zidd tendensiya müşahidə olunur: “Amma həkimlərimizin fədakarlığının hesabına vəziyyət nəzarət altındadır”.

Nazirlər Kabineti (NK) yanında Operativ Qərargahın mətbuat konfrasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, bu günə qədər Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 150 minə yaxın test həyata keçirilib.  R.Bayramlı deyib ki,  ölkəmizdəki laborator müayinələr davam etdirilir: “Erkən müalicəyə cəlb edilmə nəticəsində xəstəliyə yoluxanların sayında azalma nəzərə çarpır. Xəstəlikdən sağalan donorların müayinəsi tamamlanıb və sabahdan etibarən plazmalar alınaraq pasportlaşdırılacaq.  Həftə ərzində xəstələrlə əlaqədar müalicə fəaliyyəti davam etdirilib. Fədakar həkimlərin təcrübəsi sayəsində xəstə pasiyentləri vaxtında müəyyən etmək üçün bütün imkanlarımız var. Erkən diaqnoz isə süni nəfər aparatına qoşulanların sayının azalmasına gətirib çıxardır".

R.Bayramlı onu da qeyd edib ki, aprelin 27-dən sonrakı həftə ərzində karantin rejiminin yumşaldılması ilə əlaqədar yoluxma sayının azalmasında da bir azalma müşahidə edilir. Bu da onu göstərir ki, biz hər cür ssenariyə hazır olmalıyıq:

"İndiyədək Azərbaycanda 1 854 nəfər koronavirusa yoluxub, 25 nəfər isə dünyasını dəyişib. Hazırda 464 nəfər aktiv xəstə Bakıda və regionlarda ayrılmış xüsusi xəstəxanalarda müalicəsini davam etdirir. Onların 20-si reanimasiyadır ki, bu xəstələrdən 8-i süni tənəffüs aparatına qoşulub".

R.Bayramlının sözlərinə görə,  ölkə üzrə yoluxma hallarının təxminən 50 faizi Bakının payına düşür: "Yoluxma hallarının 22 faizi 50-59 yaşlı insanlar arasında qeydə alınır. Yoluxma halları daha çox qadınlar arasında müşahidə edilir.  Yoluxma daha çox Bakının Nəsimi, Yasamal və Binəqədi rayonlarındadır. Sumqayıtda da yoluxanların sayı  çoxdur. Bundan başqa, son günlər Gəncə və Lənkəranda koronavirusa yoluxanlar artır. Bu, əhalinin karantin rejiminə ciddi əməl etməməsilə bağlıdır”.

Xəbər lenti
0