20:23 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (379)
20 0 0

"Koronaviruslu xəstələrlə təmasda olan həkimlər onsuz da özlərini qoruyurlar. Lakin digər həkimlər fərdi qorunma ilə təmin olunmasalar, bu zaman gözlənilmədən də virusa yoluxa bilərlər" - Hande Harmancı.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 may — Sputnik. Martın 31-də xüsusi karantin rejimi elan olunub, aprelin 10-dan sonra isə virusa yoluxanların sayı azalıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, sosial həyata dönmək üçün bir qədər yumlaşdılma tədbirləri görülüb: "Lakin bu qərarın tez verilib-verilmədiyini bir müddət sonra görəcəyik. İnsanlar pandemiya bitdi deyib, əvvəlki həyata dönsələr, say artacaq". 

"Qaydalara əməl edilməsə, 7-10 gün sonra yoluxmanın artmağa başlaması gözləniləndir. Bu halda hökumət yenidən karantinlə bağlı qərar verə bilər. Biz isə bir daha qeyd edirik ki, əhalinin fiziki məsafə saxlaması, əllərin tez-tez yuyulması çox vacibdir", - deyə o əlavə edib.

Bundan başqa, Hande Harmancı qeyd edib ki, tibbi işçiləri arasında koronaviruslu xəstələrlə təmasda olan həkimlərlə müqayisədə polikinika və digər tibb müəssisələrində çalışan həkimlər daha çox risk qrupudur: "Çünki koronaviruslu xəstələrlə təmasda olan həkimlər onsuz da özlərini qoruyurlar. Lakin digər həkimlər fərdi qorunma ilə təmin olunmasalar, bu zaman gözlənilmədən də virusa yoluxa bilərlər".

 

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (379)

Əlaqədar

Türkiyədən gələn həkimlər bölgələrə yola düşürlər - Bakı mərhələsi yekunlaşdı
COVID-19-a yoluxanlar ən çox bu rayonlardadır
Onlarla rusiyalı həkim koronavirusdan ölüb
Azərbaycanda daha bir həkim COVID-19-a yoluxdu: "Həyat yoldaşımla eyni palatada qalırıq"
Virusdan da təhlükəli olanlar: Onlar hər yerdədirlər və hər gün də qorxuludurlar

Əsas mövzular