Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Əbədi səninlə. Koronavirus sağalmış insanın ağciyərlərində qala bilər

© AP Photo / Domenico StinellisПациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива
Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Elektron mikroskopdan istifadə edərək həkimlər mərhumun dərin ağciyər toxumasında koronavirus hissəciklərini görüblər

BAKI, 30 aprel — Sputnik. Yeni koronavirusun hissəcikləri sağalmış insanların ağciyərlərində qala bilər, ancaq adi testlər bunu aşkar etmir.

Sputnik Azərbaycan "South China Morning Post" nəşrinə istinadən xəbər verir ki, belə bir nəticəyə çinli alimlər gəliblər. 

Сотрудники в лаборатории по производству реагентов для экспресс-тестов на коронавирус в технопарке Сколково, фото из архива - Sputnik Azərbaycan
Bu da "virus süni deyil" deyən çinli alimə rus həmkarından cavab

"Bizim işimiz pasiyentlərin ağciyərlərində virusun qalıqlarının olması ilə bağlı ilk patoloji dəlilləri təqdim edir", - Çuntsin Ordu Tibb Universitetinin həkimləri bildiriblər.

Elm adamları araşdırma üçün 78 yaşlı bir qadının xəstəlik tarixçəsini tədqiq ediblər. Qadın COVID-19 xəstəliyi ilə hospitala yerləşdirilib. O, müalicə olunub və üç testin nəticəsi mənfi olub. Bundan əlavə, tibbi müayinə çinli qadının sağaldığını göstərib. Ancaq ertəsi gün xəstə ürək tutmasından ölüb.

Bundan sonra mütəxəssislər yarılma və araşdırma aparıblar. Elektron mikroskopdan istifadə edərək həkimlər mərhumun dərin ağciyər toxumasında koronavirus hissəciklərini görüblər. Lakin COVID-19 əlamətləri nə ürək toxumalarında, nə bağırsaqlarda, nə qaraciyərdə, nə də sümük iliyində tapılıb.

Çinli həkimlər araşdırmanın nəticələrini "Cell Research" elmi jurnalında nəşr ediblər. Elm adamları ağciyərlərdəki gizli ştammların heç bir aşkar simptoma səbəb olmadığını da qeyd ediblər.

Xəbər lenti
0