Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Səhiyyə işçilərinə Hindistan Xarici İşlər Nazirliyi tərəfindən təlim keçiriləcək

© Sputnik / Anastasiya Makaryicheva / Mediabanka keçidМедики в костюме биозащиты в Нижегородском центре медицины катастроф, фото из архива
Медики в костюме биозащиты в Нижегородском центре медицины катастроф, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"COVID-19 üzrə potensialın artırılması proqramı" çərçivəsində keçiriləcək canlı vebinarlar Çandiqarxda yerləşən Aspirantura Tibbi Təhsil və Araşdırma İnstitutu tərəfindən aparılacaq

BAKI, 29 aprel — Sputnik. Səhiyyə sahəsində çalışan mütəxəsislər üçün Hindistan Xarici İşlər Nazirliyinin Hindistan İqtisadi və Texniki Əməkdaşlıq Proqramı (İTEC) çərçivəsində "COVID-19-un idarə olunması strategiyaları və əlaqəli aspektlər" mövzusu üzrə onlayn təlimlər keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən verilən məlumatda qeyd edilir ki, "COVID-19 üzrə potensialın artırılması proqramı" çərçivəsində keçiriləcək canlı vebinarlar Çandiqarxda yerləşən Aspirantura Tibbi Təhsil və Araşdırma İnstitutu tərəfindən aparılacaq.

COVID-19 pandemiyasının idarə olunmasına aid ən vacib məsələlər üzrə e-İTEC interaktiv vebinar sessiyaları müddətində COVID-19 nədir, infeksiyanın qarşısının alınması tədbirləri, COVID-19 xəstələrinin müəyyən edilməsi üsulları, onların təmasda olduğu şəxslərin müəyyənləşdirilməsi, sahə nəzarəti və ictimai səhiyyə tədbirləri, həmçinin digər mövcud məsələlər əhatə ediləcək. Onlayn təlimlər Azərbaycan vaxtı ilə saat 13:30-dan 14:30-a kimi baş tutacaq. Altı gün davam edəcək onlayn təlimlərdə Azərbaycan Respublikası da daxil olmaqla, müxtəlif ölkələrin səhiyyə işçiləri, tibb mütəxəssisləri iştirak edəcəklər.

Xəbər lenti
0