CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

© AP Photo / John MinchilloТест на коронавирус
Тест на коронавирус - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 49 yeni yoluxma faktı qeydə alınıb və 1 nəfər ölüb. Ölkədə ümumilikdə koronavirusa 1 766 yoluxma aşkarlanıb.

BAKI, 29 aprel — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 29-na olan statistik göstəriciləri açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 765 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 137 379 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 49 yeni yoluxma faktı qeydə alınıb və 1 nəfər ölüb. Ölkədə ümumilikdə koronavirusa 1 766 yoluxma aşkarlanıb. Onlardan 1 267-si sağalıb, 23-ü ölüb. Hazırda aktiv xəstə sayı 476-dır.

Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Xəbər lenti
0