CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qürbətdən ağır xəbər: Azərbaycanlı tələbə koronavirusdan ölüb

© REUTERS / CHRISTIAN HARTMANNПациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива
Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ailəsi ilə birlikdə İsveçə köçmüş A.Salayev 20 ilə yaxındır, orada yaşayırdı. İsveç Texniki Universitetinin sonuncu kurs tələbəsi idi

BAKI, 28 aprel — Sputnik. Diasporla İş üzrə Dövlət Komitəsi İsveçdə koronavirus səbəbi ilə dünyasını dəyişən azərbaycanlı haqqında məlumat yayıb.

Komitədən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, İsveç Krallığının paytaxtı Stokholm şəhərində yaşayan 22 yaşlı soydaşımız Amin Etibar oğlu Salayev koronavirus pandemiyası səbəbindən vəfat edib. İsveçdə fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələrindən alınan məlumata görə, artıq bir aydır COVID-19 virusundan müalicə alan gəncin son iki həftədə vəziyyəti daha da ağır olub. Stokholmda yerləşən xəstəxanada bir neçə həftə müalicə alsa da, soydaşımızın həyatını xilas etmək mümkün olmayıb və gənc həmvətənimiz ötən gecə dünyasını dəyişib.

Qeyd edək ki, 1998-ci ildə İsraildə anadan olmuş, sonradan ailəsi ilə birlikdə İsveçə köçmüş A.Salayev 20 ilə yaxındır, orada yaşayırdı. İsveç Texniki Universitetinin sonuncu kurs tələbəsi idi.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi mərhumun valideynlərinə baş sağlığı verir və səbr diləyir.

Xəbər lenti
0