CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət xəstəxanalarından "bir - sıfır" öndə: xəstələr də eyni qiyməti verəcəklərmi?

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidТест-системы для диагностики нового коронавируса
Тест-системы для диагностики нового коронавируса - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhərkənarı ərazilər, rayon və qəsəbələrdəki ünvanlarda səyyar laboratoriya xidmətinin göstərilməsi üçün əlavə olaraq 50 manat ödənilir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 28 aprel — Sputnik. Bu gün dünyanı cənginə alan koronavirusla əlaqədar olaraq insanların evdən çıxmaması üçün bir sıra səyyar xidmətlər göstərilir. Bu xidmətlərə laboratoriya xidmətləri də daxildir.  

Sputnik Azərbaycan tərəfindən aparılan kiçik araşdırma nəticəsində dövlət xəstəxanalarının hər hansı birində səyyar laboratoriyanın olmadığı bəlli olub. Özəl xəstəxanalar isə bu gün xəstələri itirməmək üçün bu əlverişli şəraiti yaradıb. Belə özəl xəstəxanalardan birindən səyyar laboratoriyanın fəaliyyəti haqda məlumat aldıq. Bizə verilən məlumatda bildirilib ki, səyyar laboratoriya xidmətinin olması ilə insanların evlərindən çıxmasına ehtiyac qalmır.

Maraqlıdır, bəs həkimlərin evbəev gəzməsi necə, təhlükə mənbəyi deyilmi? Xəstəxanadan təhlükəyə heç bir əsas olmadığı bildirilib:

"Səyyar laboratoriya əməkdaşları heç bir təhlükə mənbəyi deyillər. Bu şəxslər bircə xüsusi, koronaviruslu xəstələrlə işləyən həkimlərin geydikləri xüsusi geyimlərdən istifadə etmirlər. Lakin təhlükəsizlik qorunur, onlar lazım olan avadanlıqlarla təmin olunurlar".

"Bəs səyyar laboratoriya xidməti üçün hesablanan qiymətlər xəstəxanadakı qiymətlərdən fərqlənirmi?" sualına cavab olaraq isə bildirilib ki, qiymət ərazidən asılı olaraq dəyişilir: "Şəhəriçi ünvanlarda səyyar laboratoriya xidmətlərinin göstərilməsi pulsuzdur. Yəni xidmətə görə əlavə vəsait alınmır, yalnız analizə görə pul ödənilir".

"Lakin şəhərkənarı ərazilər, rayon və qəsəbələrdəki ünvanlarda səyyar laboratoriya xidmətinin göstərilməsi üçün əlavə olaraq 50 manat ödənilir", - deyə xəstəxanadan verilən məlumatda bildirilib.

Bundan başqa, özəl xəstəxanadan verilən məlumatda son bir ayda bu xidmətə görə çoxsaylı müraciətlərin olduğu vurğulanıb. Xüsusən yaşlılar, xroniki xəstəlikdən əziyyət çəkənlər müraciət edirlər. 

Медицинская сестра готовит шприц для прививки - Sputnik Azərbaycan
SƏHİYYƏ
Adil Qeybulla: "Vaksinasiya özü spekulyasiyadır"
Bundan başqa, endokrinoloji, qaraciyər xəstəliklərinə və qanın ümumi analizinə görə səyyar laboratoriya xidmətinə müraciətlərin çox olduğu bildirilir. Səyyar laboratoriya xidməti olan xəstəxanadan verilən məlumata görə, müraciət edənlər arasında şəkər xəstələri də üstünlük təşkil edirlər: "Endokrinoloqlar bildirirlər ki, şəkərli diabet xəstələri venadan alınan qanda aclıq qan şəkəri, 3 aylıq şəkər testi (HbA1C), C-peptid, insulin, ümumi sidikdən mütəmadi olaraq analiz verməlidirlər. Onların işinin asanlaşması üçün evdə laboratoriya xidmətini təklif edirik".

Bu səyyar xidmətin qarşılığında ödəniş üçün çek verilir və nəticələrin digər xəstəxanalar, orada çalışan həkimlər tərəfindən qəbul edildiyi bildirilir: "Nə qədər xəstəmiz olub ki, həkimi başqa bir xəstəxanada çalışıb, analizləri aparıb və razı qalıb".

Qeyd edək ki, səyyar laboratoriyalarda istənilən növ xəstəliklərə görə analizlər götürülür. Hətta hamilə qadınlar üçün də rahat şərait yaradılıb ki, evdən çıxmadan analizlərini versinlər. Səyyar olub-olmamasından asılı olmayaraq bu analizlərin nəticələri eyni müddətdə hazırlanır. Yəni xəstəlik üçün götürülən analizdən asılı olaraq bu vaxt müəyyənləşir.

Xəbər lenti
0