05:15 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
133 0 0

Hospitalizasiya edilmiş və xəstəxanadan evə yazılma meyarlarına cavab verən xəstələr də bərpa müddətlərini ev şəraitində tamamlaya bilər.

BAKI, 25 aprel — Sputnik. Koronavirusun yeni yayılmış növü olan COVID-19-a yoluxmuş xəstələrin evdə monitorinqi qaydaları açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə TƏBİB-in açıqladığı həkimlər üçün rəhbərlikdə öz əksini tapıb. Rəhbərlikdə qeyd edilir ki, zəruri vəziyyətlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi qərarı ilə hospitalizasiyaya ehtiyac olmayan və ağır gedişli COVID-19-a səbəb ola biləcək risk faktorları olmayan (hipertenziya, diabet, xroniki ağciyər xəstəliyi, xroniki ürək xəstəliyi, xroniki böyrək çatışmazlığı və ya immun çatışmazlıq və s.) təsdiqlənmiş COVID-19 xəstələr müvafiq müalicə müddətində ev şəraitində izlənilə bilər. Lakin sosial göstəriş olduğu təqdirdə (evdə yaşayan, yaşı >65 və/və ya ağır gedişli COVID-19-a səbəb ola biləcək risk faktoru olan şəxslərin varlığı) həkim tərəfindən verilən qərara əsasən, ayrılmış xüsusi xəstəxanada təqib edilə bilər.

Hospitalizasiya edilmiş və xəstəxanadan evə yazılma meyarlarına cavab verən xəstələr də bərpa müddətlərini ev şəraitində tamamlaya bilər. Xəstə müvafiq antiviral müalicə dərmanları ilə təmin edilərək evinə göndərilir. Xəstəxanadan evə yazıldıqdan sonra xəstənin monitorinqi müvafiq ailə sağlamlıq mərkəzi (sahə poliklinikası) tərəfindən aparılır. Monitorinqi evdə aparılacaq xəstələrdə hidroksixlorokin ilə kombinasiyasının kardiotoksikliyə səbəb olma ehtimalına görə azitromisinə üstünlük verilməməlidir.

1. Monitorinqi evdə aparılan xəstələr sağalana qədər onların səhhəti və ya vəziyyəti ailə həkimi tərəfindən nəzarətdə saxlanılmalıdır. Xəstənin tibbi məlumatları ailə həkimi ilə paylaşılmalı, 14 gün ərzində günaşırı telefonla xəstənin vəziyyəti simptomlara əsasən öyrənilərək qiymətləndirilməlidir.

2. Evdə izləmə müddətində nə ediləcəyini və özünütəcrid qaydalarının pozulması təqdirdə hüquqi məsuliyyətini izah etdikdən sonra bu məlumatı ehtiva edən razılıq forması imzalanır.

3.  Xəstə monitorinq müddətini evdə keçirməlidir.

4. Evə ziyarətçi qəbul edilməməlidir.

5. Eyni mühiti başqa bir insan(lar) ilə bölüşmək məcburiyyətində qaldıqda, tibbi maska taxmalıdır.

6. Ailə üzvlərinin yoluxma riskinin qarşısını almaq üçün, monitorinqi evdəaparılan şəxs(lər), mümkünsə, digərlərindən ayrı otaqda qalmalı, mümkün olmadıqda isə yaxşı havalandırılan otaqda, başqalarından ən azı 1 metr məsafəni saxlamalı və tibbi maska taxmalıdır. Maska nəm olduqda yenisi ilə əvəz olunmalıdır. Xüsusilə, yaşı > 65 və / və ya ağır gedişli COVID-19-a səbəb ola biləcək risk faktoru olan şəxslərlə, mümkünsə eyni evdə olmamalı və ya təmas riski minimuma endirilməlidir.

7. Xəstənin ev daxilində hərəkəti mümkün qədər məhdud olmalıdır. 

8. Əgər varsa, xəstə ayrı bir tualet və hamam otağından istifadə etməlidir.

9. Ümumi tualet və hamam otağından istifadə edilərsə, həmin otaqların havalandırılması yaxşı aparılmalıdır. Hamam otağı və tualetləri gün ərzində ən azı bir dəfə durulaşdırılmış ağardıcı ilə təmizləmək lazımdır (1:100 normal durulaşdırma) (Natrium hipoxlorid).

10. Xəstələrə və onların yaxınlarına tənəffüs gigiyenası mövzusunda təlim keçirilməlidir (öskürən və ya asqıran zaman ağızlarını əl dəsmalı ilə bağlamalı (kağız dəsmallarına üstünlük verilir), istifadə olunan kağız dəsmallar neylon torbaya qoyulmalı və torbanın ağızını bağlayıb ikinci bir neylon torbaya atmalıdırlar, əllərini tez-tez yumalıdırlar).

Əsas mövzular