CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təəssüf ki, bir insanı itirdik - koronavirusla bağlı yeni rəqəmlər

© AFP 2023 / STRИнфекционное отделение госпиталя, фото из архива
Инфекционное отделение госпиталя, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya, aterosklerotik kardio skleroz, ürəyin işemik xəstəliyi olan 1935-ci il təvəllüdlü vətəndaş vəfat edib

BAKI, 24 aprel — Sputnik. Azərbaycan Respublikasında 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərərgahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya, aterosklerotik kardio skleroz, ürəyin işemik xəstəliyi olan 1935-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1013 nəfər müalicə olunaraq sağalmış, 21 nəfər vəfat etmiş, 558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.  Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 114.410 test aparılmışdır.

Xəbər lenti
0