CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaricdə tibbi təhsil alan azərbaycanlı həkimlərə iş təklifi

© AP Photo / Mary AltafferДоктор одной из поликлиник, фото из архива /
Доктор одной из поликлиник, фото из архива / - Sputnik Azərbaycan
Abunə olmaq
İcbari Tibbi Sığorta layihəsinin başlanması xaricdə tibb sahəsində çalışanların ölkəmizə qayıtmasına şərait yaradır

BAKI, 16 aprel — Sputnik. "2007-2015-ci illərdə qəbul edilən xaricdə təhsil proqramı üzrə ümumilikdə 3558 azərbaycanlı gənc xaricdə təhsil alıb. Onlardan 764-ü Türkiyədə təhsil alıb ki, 576-sı da məhz tibb sahəsində oxuyub".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu REACT-C19 layihəsinin təqdimatında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramlı deyib ki, qeyd edilən şəxslərdən 384 nəfəri rezidentura, 173 nəfəri baza tibb təhsili, 3 nəfəri magistratura, 16 nəfəri doktorantura təhsili alanlardır:

"Təkcə Türkiyədə yox, dünyanın hər yerində təhsil alıb çalışan onlarla, minlərlə həmyerlimiz var. Onların böyük əksəriyyəti vətənə dönüblər, bu gün koronavirusa qarşı bizimlə çiyin-çiyinə çalışmaqdadırlar. Bu gün əldə etdiyimiz uğurları belə kadrlar sahəsində qazanırıq. Onların həmişəlik dönməsi üçün çox yaxşı şərait yaradılıb. Xəstəxanalarımız da maddi-texniki bazaya malikdir, bu günlərdə də hər hansı nöqsan varsa, çox ciddi işlər görülür".

R.Bayramlının sözlərinə görə, İcbari Tibbi Sığorta layihəsinin başlanması xaricdə tibb sahəsində çalışanların ölkəmizə qayıtmasına şərait yaradır.

Xəbər lenti
0