00:34 26 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
Dünyanı cənginə almış bəla (167)
20910

"Biz özümüz bu barədə vətəndaşlara çağırış edirik ki, koronavirusa yoluxan xəstə ilə təmasınız olubsa, dərhal test olunun, bizə müraciət edin"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 aprel — Sputnik. "Twitter" sosial şəbəkə hesabında Orxan Babayev adlı bir istifadəçinin koronavirusla bağlı yazdığı tvit geniş rezonansa səbəb olub. İstifadəçi anası da daxil olmaqla bir xəstəxanada 50-dək həkimin koronavirusa yoluxduğunu bildirib. Onun yazdığına görə, bundan narahat olaraq koronavirus infeksiyasına (COVID-19) görə testdən keçmək istəsə də, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından və TƏBİB-dən onda simptomlar olmadıqca yaxma götürülməsinin mümkün olmadığını bildiriblər. İstifadəçinin bu paylaşımı narahatlığa səbəb olub.

Sputnik Azərbaycan bununla bağlı TƏBİB-lə əlaqə saxlayıb. TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ailənin hər hansı bir üzvündə koronavirus infeksiyasının olduğu təqdirdə həmin ailənin digər üzvləri də dərhal test olunaraq sosial izolyasiya olunurlar: "Bu tvit yazan şəxsin kimliyi barədə bizdə məlumat yoxdur. Əgər həmin şəxsin yazdığı fikirlər doğrudursa, bizə müraciət etsin, araşdıraq. Bu zaman məlum olacaq ki, həmin şəxsin ailəsində bir nəfərin koronavirusa yoluxduğu doğrudurmu? Axı ailədə belə hal qeydə alındıqda dərhal həmin ailənin digər üzvləri də test olunurlar. Bundan əlavə, 50-dək həkimin bu virusa yoluxması barədə bizdə məlumat yoxdur. Həmin şəxsin bu məlumatı doğrudursa, hansı xəstəxanada virusun yayıldığını qeyd etsin. Biz bunu mütləq araşdırarıq".

R.Əliyeva deyib ki, ailənin hər hansı üzvündə koronavirus infeksiyası aşkarlanarsa, onlar dərhal həmin şəxsin nəinki ailə üzvlərini, onunla kontaktda olan hər bir şəxsi test olunmağa səsləyirlər: "Biz özümüz bu barədə vətəndaşlara çağırış edirik ki, koronavirusa yoluxan xəstə ilə təmasınız olubsa, dərhal test olunun, bizə müraciət edin. Belə halda nə təcili yardımın, nə də TƏBİB-in bu təhlükəni gözə alaraq həmin şəxsi müraciətinə rəğmən test etməməsi mümkün deyil".

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası baş həkiminin müalicə işləri üzrə müavini İradə Əliyeva  isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, gün ərzində təcili yardıma iki mindən çox müraciət daxil olur. Ona görə də sözügedən şəxsin təcili yardıma həqiqətən müraciət edib-etmədiyini yoxlamaq çətidir: "Amma bu məlumatın doğru olmadığı həmin şəxsin yazdıqlarından da bəllidir. Ola bilməz ki, həmin şəxsin anasının test cavabları pozitiv çıxsın, biz onu bu infeksiyaya görə test etməyək. Çünki bu halda biz nəinki ailə üzvlərini, iş yoldaşlarını, onun təmasda olduğu digər şəxsləri də məcbur test edirik".

Mövzu:
Dünyanı cənginə almış bəla (167)

Əlaqədar

Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkarlandı - 1 nəfər vəfat etdi
Həkim Emin Hüseyn: "Koronaviruslu xəstələrimizin 75-80 faizi belədir"
Koronavirusa yoluxanların sayı 1,5 milyonu keçdi
Koronavirusu 48 saat ərzində yox edən preparat tapıldı
Bu ölkə həmişə acları ilə gündəmə gəlirdi, indi koronavirus oraya da çatdı

Əsas mövzular