11:10 07 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
Dünyanı cənginə almış bəla (200)
247 0 0

Alimlərin fikrincə, ivermektin SARS-CoV-2-nin virus yükünü azaldaraq xəstəlik zamanı fəsadların artmasının qarşısını ala və infeksiyanın insandan-insana ötürülməsini əngəlləyə bilər

BAKI, 9 aprel — Sputnik. Parazit əleyhinə preparat olan ivermektin antivirus təsirinə malikdir və SARS-CoV-2 koronavirusunun hüceyrələrin daxilində çoxalmasını 48 saat ərzində dayandıra bilər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Avstraliyanın Monaş Universiteti və Melburndakı Kral Hospitalının alimləri müəyyən ediblər. Nəticələr Antiviral Research nəşrində dərc olunub.

Laboratoriya şəraitində tədqiqatçılar koronavirusa yoluxmuş hüceyrələrə ivermektinin təsirini izləyiblər. Hüceyrələr yoluxduqdan iki saat sonra alimlər onlara ivermektin əlavə ediblər. Məlum olub ki, dərmanın 1 dozası sayəsində 24 saat ərzində virus RNT-sinin (ribonuklein turşusu - red.) sayı 93%, iki sutka sonra isə 99%-dən çox azalır. 

“48 saat sonra virus RNT-si ivermektinlə emal olunmuş hüceyrələrdə nümunə üçün götürülən digər hüceyrələrə nisbətən 5000 dəfə azaldı. Bu isə o deməkdir ki, bu preparatın tətbiqi, demək olar ki, bütün virus materialının məhvinə səbəb oldu”, - tədqiqatda deyilir.

Bildirilir ki, təcrübə zamanı ivermektin nümunələrə heç bir toksiki təsir göstərməyib.

Alimlər ümid edirlər ki, onların gəldikləri nəticələr bu dərmanın koronavirusa yoluxma hallarında tətbiqi üçün tədqiqatlara başlamağa imkan verəcək. Onların fikrincə, ivermektin SARS-CoV-2-nin virus yükünü azaldaraq xəstəlik zamanı fəsadların artmasının qarşısını ala və infeksiyanın insandan-insana ötürülməsini əngəlləyə bilər.

Mövzu:
Dünyanı cənginə almış bəla (200)

Əlaqədar

"Heç biz də test olunmamışıq, iki iş yoldaşımız artıq ölüb"
Beş ölkədə koronavirus qurbanlarının sayı artacaq – PROQNOZ
Rusiyada bir sutkada koronavirusdan beş nəfər öldü
Koronavirus ən çox onları öldürür – Trampdan etiraf
Dünya nəhəngindən yeni "rekord" - bu, əsl faciədir

Əsas mövzular