CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha 19 nəfər koronavirus dəhşətindən qurtuldu

© AFP 2023 / MARCO BERTORELLOПациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива
Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ramin Bayramlı bildirib ki, bu gün açıqlanan yoluxma faktları üzrə Naxçıvanda aşkar olunan hallar da var

BAKI, 8 aprel — Sputnik. Bu gün koronavirusla bağlı 3 mindən artıq müayinə aparılıb, 105 nəfərdə koronavirus aşkarlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu rəqəmlərin içərisində Naxçıvanda aşkar olunan hallar da var. "Bu gün 19 nəfər sağalaraq evə yola salınıb. Ümumilikdə ölkədə 822 nəfər koronavirusda yoluxub. Bu günə qədər 53 mindən artıq test icra olunub".

Xəbər lenti
0