CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xüsusi qoruyucu maska ixtira etmiş vəkil: "Bu maskanı bir mövsüm istifadə etmək mümkündür"

© Photo : Facebook / Turkel SuleymanliTürkel Süleymanlı
Türkel Süleymanlı - Sputnik Azərbaycan
Abunə olmaq
Süleymanlı: "Bu gün bütün dünyada deyirlər ki, həkimlər qəhrəmandır. Amma bu o demək deyil ki, həkim şəhid olmalıdır".

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 aprel — Sputnik. Bu gün bütün dünyanı cənginə alan COVİD-19 xəstəliyi ilə mübarizə aparmaq üçün artıq bəzi ölkələr tərəfindən xüsusi vaksinlər hazırlanır. Lakin vaksinlərin hazırlanması, tanıtımı, sınaqdan keçirilməsinin müəyyən qədər zaman aldığını, eləcə də hər kəsin vaksini qəbul etməyəcəyi reallığını düşünsək, bunu vəziyyətdən yeganə çıxış yolu kimi qiymətləndirə bilmərik.

Vəziyyətdən çıxış yolu kimi müxtəlif müdafiə tədbirlərinin görülməsinə də ehtiyac var. Azərbaycanlı vəkil Türkel Süleymanlı artıq belə bir maraqlı və analoqu olmayan bir ixtiraya imza atıb. Sputnik Azərbaycan vəkillə ixtira etdiyi maska haqda danışıb:

- Möhtəşəm bir işə imza atdınız, həm də bir vəkil olaraq. Ümumiyyətlə, maraqlıdır, necə oldu ki, bir maska ixtira etməyi düşündünüz?

- İxtisasca yalnız vəkil deyiləm, həm də riyaziyyatçıyam. Hüquqşünaslıq ikinci təhsilim olub. Orta məktəbi qızıl medalla bitirmişəm, hər zaman riyazi biliklərimə görə olimpiadalarda birinciliyə nail olmuşam. Uzun illər riyaziyyat elmindən kənar olsam da, baza təhsilim, biliyim bu kimi işləri həyata keçirməkdə mənə kifayət edir. Özümün kiçik laboratoriyam var. Orada müxtəlif ixtiralarım olub. Fevralda, Azərbaycanda bu virus aşkarlanmazdan öncə bütün dünya mediasında koronavirusla bağlı məlumatları mütəmadi olaraq oxuyurdum. İxtiraçı olduğum üçün düşündüm ki, bəlkə də bu sahədə nəsə edə bilərəm. Beləcə, daha çox məlumatlarla tanış oldum. Mənə bəlli oldu ki, əslində bu xəstəlik insan səhhəti üçün kifayət qədər təhlükəli olmaqla yanaşı, öz-özlüyündə həm də zəifdir.

Təsəvvür edin ki, bir əqrəbdir, özlüyündə zəifdir, yəni onun başını asanlıqla əzmək olar. Amma tək sancması ilə insanın ölümünə də səbəb ola bilər. Onu qeyd edim ki, virus sözünün latın dilindən tərcüməsi də zəhər deməkdir. Koronavirusa isə taclı virus deyilir, bunun da səbəbi mikroskopik görünüşdə belə təsir bağışlamasıdır. Qeyd edim ki, koronaviruslar RNT tipli viruslardır. Onun strukturunu poza bildinsə, dərhal dağılır. Lakin virus bədənə düşdüsə, artıq orqanizmin içinə girəndən sonra onu məhv etmək üçün bir dərman yoxdur. Çünki, ümumiyyətlə, virusu məhv edən dərman yoxdur, sadəcə olaraq, immuniteti möhkəmləndirən dərmanlar var. Hətta qripdən sağalmaq üçün də dərman yoxdur. İnsan sadəcə olaraq immunitetini qaldıraraq səhhətini yaxşılaşdıra bilir. Koronavirusun membrana qatının üstü var, hansı ki hüceyrə onu tanımır. Hüceyrə onu qida, protein zənn edir, özünə yaxınlaşmağa imkan verir. Yaxınlaşıb hüceyrəyə yapışdıqdan sonra isə artıq çoxalmağa başlayır.

Biz hüceyrələrin bu virusu qəbul etməsinə imkan verməməliyik. Çünki hüceyrələr virusu qəbul etsə, çoxalacaq. Bir var, öncədən müdafiə sistemin olsun, bir də var ki, sonradan müdafiə sistemi yaradasan. Bunun üçün də xüsusi qoruyucu maskalara, yəni elektron maskalara ehtiyac var. Bu elektron maskaların enerji mənbəyi, müxtəlif hissələri var, çiplə idarə olunur. Bu maska telefon kimi enerji doldurur. Bu maskalara həmçinin xüsusi eynəklər də daxildir. Təsəvvür edin, bu gün bütün avadanlıqlar müasirləşsə də, maskalar təkmilləşməyib, ilkin versiyada qalıb. Bu səbəbdən də beləcə, bir riyaziyyatçı kimi bu virusu öldürən mexanizm haqda düşündüm, bu maskanı ixtira etdim. Artıq patentlik almaq üçün martın 13-də müraciət etmişəm. Lakin hələlik patent almamışam.

 - Koronavirusla mübarizə üçün vaksinlər də yaradılır...

- Bildiyiniz kimi, ilk koronavirus 1965-ci ildə təsbit edilib. 100 ilə yaxındır mövcud olan virusun yeni adı isə SARS-CoV-2-dir. 100 ilə yaxındır koronavirusa dərman yoxdursa, 3 aydır ki, tanıdığımız COVID-19 xəstəliyinə necə dərman tapılacaq? Sadəcə olaraq vaksin və serrum hazırlanır. Vaksinlərin hazırlanması müəyyən müddət tələb edir. Hər bir alim deyir ki, vaksinin yaranması üçün 1 il, il yarım vaxt tələb olunur. Bu isə o deməkdir ki, həmin müddətədək yüksək qoruyucu vasitə olmalıdır. Təsəvvür edin, bu olmasa, 6 aya bəşəriyyət hansı vəziyyətə düşəcək. Artıq bəşəriyyət müdafiə vasitələrini gücləndirməlidir. İndiki dövrdə ən yaxşı hesab edilən respirator tipli maskalar 10 virusdan 2-ni keçirə bilir. Təsəvvür eləyin, tək iki güllə yaralanmağa, hətta ölümcül vəziyyətə düşməyə bəs edir. İxtira etdiyim maska isə innovativdir və hələlik ki, dünyada anoloqu yoxdur. Artıq biz onun sınağını da həyata keçirtmişik. İxtira etdiyim maskanın içindəki metal membrananın strukturunu elə düşündüm, hazırladım ki, artıq virusun orqanizmə keçmə şansı sıfıra bərabərdir. Bu maskalara virus yalnız  ölü vəziyyətdə keçə bilər. Bundan başqa, elektron maska həmçinin immunitetin aşağı düşməsinin qarşısını da almış olacaq.

© Photo : OXUe-mask
Xüsusi qoruyucu maska ixtira etmiş vəkil: Bu maskanı bir mövsüm istifadə etmək mümkündür - Sputnik Azərbaycan
e-mask

- Maraqlıdır, qiyməti nə qədər olacaq?

- Mən sadəcə olaraq ixtiraçıyam. Bu maskanın qiyməti haqda danışmaq bir qədər çətindir. Düşünürəm ki, bu maskanın sadə variantı 30 manat, xüsusi tibb işçiləri üçün təkmilləşdirilmiş variantı isə bir qədər də baha, 50 manat civarında olacaq. Bu maskanı geniş kütlənin istifadəsinə verməklə onların işə çıxmasını da təmin etmək mümkün olacaq. Elektronik vasitələri olduğu üçün bu maskalar digərlərindən baha olacaq. Amma bununla belə qeyd edim ki, bu maskalar bir dəfə istifadə üçün nəzər tutulmayıb. Təsəvvür edin ki, adi maskalar iki saat istifadə üçün nəzərdə tutulub və hazırkı şəraitdə isə bu gündəlik olaraq nə qədər maskanın alınması deməkdir. Lakin bu maskanı heç olmasa bir mövsüm istifadə etmək mümkündür.

- Bunun istehsalı üçün xüsusi müəssisəyə yəqin ki, ehtiyac olmaz..

-  Bu maskanın qısa müddətdə istehsalı üçün xüsusi zavod və fabrik tikməyə ehtiyac yoxdur. Xüsusi ixtisaslı müəssisələrdə də bu işi həyata keçirtmək mümkündür. Bu maskanın qısa müddətdə istehsalına zərurət var. Çünki, qarşıda yenə payız, qış var. Bundan başqa, qeyd edim ki, hər adam peyvəndə üstünlük vermir. Bundan başqa, bu gün bütün dünyada deyirlər ki, həkimlər qəhrəmandır. Amma bu o demək deyil ki, həkim şəhid olmalıdır. O yazıq müalicəsini bitirdikdən sonra evinə getməlidir. Həkimləri əsgər kimi göndərsək ki, get şəhid ol, bəs ondan sonra xəstələrə kim baxacaq?

Xəbər lenti
0