05:55 02 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
5310

"Çalışırıq ki, nəyimiz varsa, onu bölüşək. Bütün dəstəyi dövlətdən gözləməyək, hər birimiz bu işə səfərbər olaq" - millət vəkili

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 6 aprel — Sputnik. Bu gün bütün dünyada koronavirusun yayılması ilə əlaqədar olaraq təhlükəsizliyi minimal həddə endirmək məqsədi ilə #evdeqal aksiyasına start verilib. Bu səbəbdən də bir çox fəaliyyətlər onlayn olaraq həyata keçirilir. Burada məqsəd insanların distant fəaliyyətini təmin etməkdir. Boş vaxtları daha da dəyərli keçirmək üçün fərqli addımlar atılır.

Sputnik Azərbaycan xəbər verir ki, Naftalan Şəhəri İcra Hakimiyyətinin təşəbbüsü ilə onlayn yoqa dərslərinə start verilir. İlk onlayn dərs aprelin 7-də baş tutacaq, həftənin II, IV və VI günləri saat 09:00 və 19:00-da keçiriləcək. Dərsləri Naftalan Şəhər İcra Hakimiyyətinin rəsmi internet saytında, "Facebook" və "Instagram" səhifələrində, "Youtube" kanalında, Gəncə TV-də izləyə bilərsiniz.

Millət vəkili Naqif Həmzəyev Sputnik Azərbaycan-a açıqlamasında onlayn fəaliyyətlə bağlı görülən işlərdən və planlaşdırılan layihələrdən danışıb: “Gücləndirilmiş karantin rejimində insanların böyük əksəriyyəti vaxtını evdə keçirməli olur. Onların evdə qalmasını təşviq etmək məqsədi ilə çalışmalıyıq ki, vaxtlarını səmərəli keçirtsinlər. Çünki səhərdən axşamadək yalnız televizora baxmaq mümkün deyil. Rəngarənglik olmasa, insanlar sıxılarlar. Bu səbəbdən də onlayn yoqa dərslərinə başlanılır”.

“Layihəmiz bir sıra təşkilat və qurumlar tərəfindən müsbət qarşılanıb. Bundan başqa, şagirdlər informasiya və kommunikasiya texnologiyalarına, leqo və konstruktorların yığılmasına maraq göstərirlər. Bununla əlaqədar olaraq biz bu dərslərin də onlayn keçirilməsi layihəsi üzərində işləyirik.Yaxın günlərdə bu dərslər də başlanılacaq”, - deyə millət vəkili əlavə edib.

O, insanlara psixoloji yardımların keçirilməsinin vacibliyindən danışaraq onlayn psixoloq məsləhətlərinin olacağını bildirib: “Artıq bir neçə psixoloqla razılığa gəlmişik. Günün müxtəlif vaxtlarında sualı olan şəxslərlə psixoloqlar arasında canlı bağlantılar təşkil olunacaq”.

N.Həmzəyev bundan başqa, karantin müddətində 65 yaşdan yuxarı, o cümlədən tənha, imkansız və yardıma ehtiyacı olan şəxslərə yardımların göstərildiyini diqqətə çatdırıb: “Çalışırıq ki, heç kim tək, yardımsız qalmasın. Çalışırıq ki, nəyimiz varsa, onu bölüşək. Bütün dəstəyi dövlətdən gözləməyək, hər birimiz bu işə səfərbər olaq”.

Siz də #Evdəqalın

Əlaqədar

Ehtiyacı olanlara pulsuz çörək paylayan kiçicik mağaza – VİDEO
Durum heç səngimir: Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
Şad xəbər: bankomatlarda daha faiz tutulmayacaq
Prezident xalqa müraciət etdi: "Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın"

Əsas mövzular