CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı

© Sputnik / Evgeniy Epanchintsev / Mediabanka keçidТестирование на коронавирус, фото из архива
Тестирование на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
2896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və Muxtar Respublikaya gələn şəxslərdir

BAKI, 6 aprel — Sputnik. Naxçıvanda 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb. Xəbərdə bildirilir ki, tətbiq olunan karantin rejiminə uyğun olaraq 2896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və Muxtar Respublikaya gələn şəxslərdir.

"Bu günə qədər 630 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən, 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb. Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur", - deyə məlumatda bildirilir.

Xəbər lenti
0