CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

COVID-19-a yoluxanların anonim saxlanmasının səbəbi açıqlandı

© AP Photo / dpa / Peter SteffenТест на коронавирус
Тест на коронавирус - Sputnik Azərbaycan
Abunə olmaq
"Adlar açıqlanarsa, biz onların şəxsi hüquqlarını pozmuş oluruq. Hətta koronavirusdan sağalan insanlarla bağlı onların razılığını alıb məlumatları vermişik"

BAKI, 6 aprel — Sputnik. Koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı günü-gündən artsa da, bəzi insanlar hələ də bu virusa yoluxanlar arasında dost-tanış axtarır, öz yaxınları, tanıdıqları olmasa, virusun tüğyan etdiyinə inanmaq istəmirlər. Ən qəribə məqam isə COVID-19-a yoluxanların adlarının açıqlanmasına dair tələblərdir.

TƏBİB ölkəmizdə COVID-19-a yoluxanların adının gizli saxlanmasına aydınlıq gətirib. Sputnik Azərbaycan-ın məlumatına görə, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, yoluxan insanların adını çəkmək tibbi etikaya sığmır: "Adlar açıqlanarsa, biz onların şəxsi hüquqlarını pozmuş oluruq. Hətta koronavirusdan sağalan insanlarla bağlı onların razılığını alıb məlumatları vermişik".

Xəbər lenti
0