Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Heç sevindirməyən rekord - artıq milyonu keçdi

© Sputnik / Evgeniy Epanchintsev / Mediabanka keçidТестирование на коронавирус, фото из архива
Тестирование на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatı isə öz növbəsində xəstələnənlərin sayının 900 min, ölənlərin isə 46 min olduğunu bəyan edib

BAKI, 3 aprel — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı artıq 1 milyondan çoxdur.

Sputnik Azərbaycan bildirir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, SARS-CoV-2 koronavirusunun törətdiyi COVID-19 xəstəliyindən ölənlərin sayı artıq 51.5 min nəfərə çatıb.

Universitet statistikanı rəsmi mənbələr və KİV-lərin məlumatı əsasında hesablayır.

Ümumdünya Səhiyyə Təşkilatı isə öz növbəsində xəstələnənlərin sayının 900 min, ölənlərin isə 46 min olduğunu bəyan edib.

SARS-CoV-2 koronavirusu ötən ilin dekabrından Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyanın 180 ölkəsində insanlar bu virusa yoluxublar. ÜST koronavirus epidemiyasını martın 11-də pandemiya elan edib. Bu günədək 208 minədək insanın sağaldığı bildirilir.

Xəbər lenti
0