05:06 07 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
Dünyanı cənginə almış bəla (200)
35 0 0

ABŞ-da, İtaliyada, İspaniyada və bir sıra Avropa ölkələrində koronavirusla bağlı mürəkkəb vəziyyət müşahidə olunur. Çində isə bir neçə gün əvvəl epidemiyanın dayanması barədə məlumat verilib

BAKI, 1 aprel — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada "COVID-19" xəstəliyindən sağalmış insanların sayı barədə məlumatı artıq dərc etmir, çünki heç də bütün ölkələr bu məlumatı açıqlamır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə ÜST-ün rəsmi nümayəndəsi Tarik Yazareviç deyib.

"Bizim "COVID-19 "xəstəliyindən sağalma hallarının sayına dair rəsmi təsdiqlənmiş məlumatımız yoxdur, çünki heç də bütün ölkələr bu məlumatları sistematik olaraq bizə vermir. Bir çox ölkələrdə insanların hələ sağalmaq imkanı olmayıb, buna görə də vəziyyət inkişaf etdikcə bizə yeni məlumatlar gələcək", - Yazareviç bildirib.

İlk dəfə olaraq 2019-cu ilin sonlarında Çinin Uhan şəhərində aşkar edilmiş "COVID-19" xəstəliyi artıq 180-a yaxın ölkədə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada artıq 750 mindən çox yoluxma faktı qeydə alınıb, 36 mindən çox insan dünyasını dəyişib.

ABŞ-da, İtaliyada, İspaniyada və bir sıra Avropa ölkələrində koronavirusla bağlı mürəkkəb vəziyyət müşahidə olunur. Çində isə bir neçə gün əvvəl epidemiyanın dayanması barədə məlumat verilib.

 

Mövzu:
Dünyanı cənginə almış bəla (200)

Əsas mövzular