CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çinli milyarderdən gözlənilməz qərar - bizi də "görəcək"

© AFP 2023 / STRОснователь Alibaba Джек Ма, фото из архива
Основатель Alibaba Джек Ма, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

BAKI, 29 mart — Sputnik. Cek Ma və "Alibaba" fondları koronavirusla mübarizə üçün daha yeddi ölkəyə tibbi ləvazimatlar göndərdiyini açıqlayıb. Sputnik Azərbaycan "Businesswire" nəşrinə istinadən xəbər verir ki, yardımın göndərildiyi ölkələr arasında Azərbaycanla yanaşı, Butan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Vyetnam da var.

Ümumilikdə 7 ölkə 1,7 milyon tibbi maska, 165000 test, həmçinin qoruyucu geyim, həmçinin süni nəfər aparatları, alın termometri də daxil olmaqla tibbi avadanlıqlar əldə edəcək.

ABŞ bayrağı. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
ABŞ Azərbaycan-a koronavirusla mübarizə üçün vəsait ayırıb

Artıq yardımın bir hissəsi Hindistana gətirilib, Azərbaycana isə yardım yaxın günlərdə çatdırılacaq.

Bununla da hər iki fondun yardım göndərdiyi ölkələrin sayı 23-ə çatıb. Ümumilikdə fondlar ölkələrə 7,4 milyon maska, 485 min test, 100 min qoruyucu geyim və digər tibbi avadanlıqlar yardımı edib.

"COVİD-19-a qarşı bütün ailələri qorumaq üçün gərgin mübarizədə qlobal ictimaiyyətlə birik. Biz vəziyyəti dəyişmək üçün bizdən asılı olan hər şeyi edirik", - deyə Cek Ma Fondunun məlumatında bildirilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 600 min nəfəri keçib, 31 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0