10:01 07 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
109810

İnstitut daha əvvəllər də kanalizasiya sularını təhlil etmiş və eyni üsulla sularda norovirus, antibiotikə müqaviməti olan bakteriyaları və qızılca virusunu müəyyən etmişdi.

BAKI, 28 mart — Sputnik. Hollandiya Milli Xalq Sağlamlığı və Ətraf Mühit İnstitutu virusun bəzi xəstələrin ifrazatı yolu ilə kanalizasiya sularına qarışdığını bildirərək, çirkab sularından uzaq durmağı tövsiyyə edib.

Sputnik Türkiyə xəbər verir ki, institut epidemiyanın daha çox müşahidə edildiyi Tilburq şəhəri ilə paytaxt Amsterdamdakı kanalizasiya sularında yeni növ koronavirusa (COVİD 19) rast gəlindiyini açıqlayıb.

Məlumata görə, virusun bəzi xəstələrin ifrazatı ilə kanalizasiya suyuna qarışdığı məlum olub.

Qeyd edək ki, institut Hollandiyada epidemiyanın yayılması ilə bağlı kanalizasiya sularını analiz edib.

Ölkədə ilk rəsmi kornaviurs xəstəsinin olduğu Loon op Zand qəsəbəsinin kanalizasiya suları ilə yanaşı, Kaatsheuvel qəsəbəsi, Tilburq və Amsterdam şəhərlərinin kanalizasiya şəbəkələrində koronavirus aşkar edilib.

Loon op Zand qəsəbəsinin aid olduğu Tilburq, Hollandiyada koronavirus epidemiyasının daha çox müşahidə edildiyi Noord Brabant bölgəsində yerləşir.

İnstitut daha əvvəllər də kanalizasiya sularını təhlil etmiş və eyni üsulla sularda norovirus, antibiotikə müqaviməti olan bakteriyaları və qızılca virusunu müəyyən etmişdi.

Hollandiyalı mütəxəssislər içməli suların təhlükəsiz olduğunu da bildirib.

Əsas mövzular