Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirus yeni "rekordlar" qırmaqda davam edir

© AP Photo / Vahid SalemiСитуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране  - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda isə 93 koronavirus xəstəsi qeydə alınıb. Bunlardan 2-si dünyasını dəyişib, 10 nəfər sağalıb. Hazırda 81 aktiv xəstə var.

BAKI, 26 mart — Sputnik. Koronavirusa yoluxma halı 415 mini ötüb. Sputnik Azərbaycan Ümumdünya Səhiyyə Təşkilaının bu gün səhərə olan məlumatına istinadla xəbər verir ki, bu günə qədər 416 min 686 nəfər koronavirusa yoluxub, bunlardan 18 min 589 nəfəri dünyasını dəyişib. Ölüm sayına görə İtaliya liderlik edir - 7503 nəfər.

Koronavirus dünyanın 197 ölkəsinə yayılıb.

https://www.worldometers.info/coronavirus/ saytının məlumatına görə isə, 472035 nəfər virusa yoluxub, bunlardan 21300 nəfəri dünyasını dəyişib, 114 min 713 nəfər isə sağalıb.

Xatırladaq ki, yeni növ koronavirusun yaratdığı COVİD19 xəstəliyi ötən ilin sonlarında Çinin Uhan şəhərində meydana gəlib.

Çində sonar ən çox yoluxma və ölüm faktları İtaliyada 74386 yoluxma və 7503 ölüm faktı qeydə alınıb.

Azərbaycanda isə 93 koronavirus xəstəsi qeydə alınıb. Bunlardan 2-si dünyasını dəyişib, 10 nəfər sağalıb. Hazırda 81 aktiv xəstə var.

Martın 11-də koronavirus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilib.

Xəbər lenti
0