Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Hansı daha təhlükəlidir - koronavirus, yoxsa hantavirus?

© pixabay / Kapa65Любопытная крыса, фото из архива
Любопытная крыса, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Virusoloq bildirib ki, hantavirusa görə narahat olmaq lazım deyil, çünki onun yaratdığı xəstəlik profilaktika və nəzarət oluna bilir

BAKI, 25 mart — Sputnik. Neyrofiziologiya sahəsində mütəxəssis, alim Simayya Şeyk Twitter hesabındakı açıqlamasında hantavirusun insandan-insana keçməsini nadir hal adlandırıb.

Sputnik Azərbaycan bildirir ki, alimin sözlərinə görə, bu virusun törətdiyi xəstəlik hələ ötən əsrin ortalarında, Koreya müharibəsi zamanı yaranıb. Şeyk əmin edib ki, hantavirus əleyhinə peyvənd var və buna görə panika yaratmağa gərək yoxdur.

​Uhan Universitetinin virusoloqu Yan Çjantszyu isə hantavirusdan ölən çinlinin olduğu avtobusdakı insanların da bu mərəzə yoluxma ehtimalının çox az olduğunu bildirib.

“COVID-19-dan fərqli olaraq hantavirus əksər hallarda nəfəs yolları ilə yayılmır”, - Global Times-a müsahibə verən Çjantszyu əmin edib.

Ancaq onun sözlərinə görə, virus yoluxmuş insanlardan digərlərinə ifrazat və qan vasitəsilə keçə bilər.

Virusoloq bildirib ki, hantavirusa görə narahat olmaq lazım deyil, çünki onun yaratdığı xəstəlik profilaktika və nəzarət oluna bilir. Bundan başqa, şəhərlərdə hantavirusun yayılma dərəcəsi də azdır, daha çox kəndlərdə rast gəlinir.

Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
ÜST-ün nümayəndəsi koronavirusun iki əsas əlamətini açıqladı

Hantavirus böyrək, qaraciyər və digər daxili orqanları zədələyə, eləcə də titrətmə və geniş qanaxma yarada bilər. 

Bu günlərdə məlumat yayılıb ki, Çində bir kişi hantavirusdan ölüb. O, sifarişli avtobusla işə gedirmiş.

Yoluxma daha çox gəmiricilər və onların həyat fəaliyyətinin nəticələri ilə təmasda olarkən baş verir. İnsandan-insana keçmə hantavirus üçün xarakterik deyil. Belə hallara ancaq Çili və Argentinada rastlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni koronavirusun (COVID-19) yayılmasını pandemiya elan edib. ÜST-ün son məlumatlarına görə, dünyada artıq 372 mindən çox insan koronavirusa yoluxub, qurbanların sayı 16 mini keçir.

Xəbər lenti
0