22:44 03 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
5510

"Bu, şübhəsiz ki, Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamıdır, eyni zamanda, xalqımızın birliyinin, həmrəyliyinin göstəricisidir"

BAKI, 23 mart — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumat M.Əliyevanın sosial şəbəkə hesabında paylaşılıb. Məlumatda deyilir: "Əziz həmvətənlər! Ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq ödəmələr həyata keçirən bütün təşkilatlara, şirkətlərə, fiziki və hüquqi şəxslərə dərin minnətdarlığımı bildirirəm.

Bu, şübhəsiz ki, Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamıdır, eyni zamanda, xalqımızın birliyinin, həmrəyliyinin göstəricisidir. Sizin ölkəmizin üzləşdiyi bu problemə biganə yanaşmamağınız və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına qoşulmağınız çox yüksək qiymətə layiq addımdır və müasir Azərbaycan cəmiyyətində mərhəmət və şəfqət kimi hisslərin mövcudluğundan xəbər verir.

Azərbaycan vətəndaşının sağlamlığının qorunması naminə mən də bu təşəbbüsə qoşuluram və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edirəm.

Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq ödəmələr həyata keçirən hər kəsə bir daha təşəkkür edirəm və bütün həmvətənlərimizi həmrəylik, vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıram"⠀

Əlaqədar

Prezident bir illik maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışladı
Röya kampaniyaya qoşuldu - Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı
Birinci maaşı koronavirusla mübarizəyə fəda etdilər

Əsas mövzular