21:48 02 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
17 0 0

İnfeksionist deyir ki, əgər yeni koronavirus özündən əvvəlkilər tək dayanıqlıdırsa, o zaman o, dondurucu kameraların həm divarında, həm də içindəki qidaların üzərində sağ qala bilər

BAKI, 20 mart — Sputnik. Koronavirusun dondurucuda nə qədər müddət sağ qala biləcəyi açıqlanıb.

Əbu-Dabidə Klivlend klinikasının infeksion xəstəlikləri şöbəsinin rəhbəri həkim Mohammad Mooti deyib ki, COVİD-19 sıfırdan aşağı temperaturda iki il müddətinə sağ qala bilər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Al Arabiya telekanalı məlumat yayıb.

Ekspert ekstremal temperaturun virusu öldürməyə qadir olduğu fikrini təkzib edib. Mootinin sözlərinə görə, alimlər koronavirusun analoji ştammlarını tədqiq edərək aydınlaşdırıblar ki, onlar mənfi iyirmi dərəcə Selsidə də sağ qala bilir.

Onun sözlərinə görə, başqa bir təcrübədə virusun soyuducunun normal temperaturunda (4 dərəcə Selsi) 72 saat sağ qaldığı sübut olunub. İnfeksionist deyir ki, əgər yeni koronavirus özündən əvvəlkilər tək dayanıqlıdırsa, o zaman o, dondurucu kameraların həm divarında, həm də içindəki qidaların üzərində sağ qala bilər.

Mütəxəssis xatırladıb ki, şəxsi məsafə saxlamaq, gigiyena qaydalarına riayət etmək mütləqdir. Mooti həmçinin virusun qidadan keçəcəyindən qorxanları da sakitləşdirib, onun sözlərinə görə, bunu sübut edəcək heç bir dəlil yoxdur. 

"Əllərin müntəzəm gigiyenasını təmin etməklə insanlar qapı dəstəyi, liftin düymələri və ya dondurulmuş qida yeşiyi kimi səthlərdən virusa yoluxmaq riskini xeyli azalda bilərlər", - həkim deyib.

Son məlumatlara görə, dünyada 235 mindən çox insan koronavirusa yoluxub. Ölənlərin sayı 9785-ə çatıb, 84960 nəfər sağalıb.

Əlaqədar

İsrailli nazirdən koronavirusla bağlı bədbin müraciət: hazırlaşın
"Qırmızı fənərlər" kvartalının "əməkdaşları" koronavirusa görə işsiz qalıblar
Baranova koronavirusla bağlı gerçəkləri açıqladı: planetin 70 faizi yoluxsa...
Koronavirus pandemiyası ilə mübarizədə yeni yanaşma: Pul paylanılacaq
Koronavirusdan vətənlərinə piyada qaçdılar

Əsas mövzular