CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 milyon manat ayırıb

© © Official website of President of Azerbaijan RepublicПри Президенте Ильхаме Алиеве прошло совещание, посвященное итогам 2019 года
При Президенте Ильхаме Алиеве прошло совещание, посвященное итогам 2019 года - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Azərbaycan Prezidentinin Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb

BAKI, 19 mart - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasında koronavirus infeksiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayrılması haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb.

Xəbər lenti
0