Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Baranova koronavirusla bağlı gerçəkləri açıqladı: planetin 70 faizi yoluxsa...

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidСитуация в связи с эпидемиологической обстановкой в Москве
Ситуация в связи с эпидемиологической обстановкой в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
Baranova hesab edir ki, əhalinin təxminən 70 faizi koronavirusa yoluxduğu zaman virusa qalib gəlmək üçün insanlar arasında anti-cisimləri olan zəruri təbəqə formalaşacaq

BAKI, 19 mart — Sputnik. Biologiya elmləri üzrə doktor, GMU sistem biologiyası məktəbinin professoru (ABŞ) Ança Baranova yeni növ koronavirus epidemiyasının dayanması üzrə iki faktoru açıqlayıb. Bu barədə Sputnik Azərbaycan “RİA Novosti”-yə istinadən xəbər verir.

Onun sözlərinə görə, birinci faktor inkişaf prosesidir.

“Biz bilirik ki, yeni sahibində (insan – virus üçün yeni sahibidir) virusun zəifləməsi baş tutur. Biz bunu koronaviruslar da daxil olmaqla, digər viruslarda da görmüşük. Yarasanın virusu insana düşüb. İnsandan digər insana keçid zamanı virus mutasiyaya uğrayır və onlar bir qayda olaraq onu zəiflədir. Bu virus insanda hər hansı bir formada qalmaq üçün koevolyusiyaya uğrayır. Bu virus hazırda bizə uyğunlaşır. Bunun nə qədər çəkəcəyi bəlli deyil”, - deyə Baranova qeyd etdi.

İkinci faktor isə insanlar tərəfindən immunitetin qazanılması, yəni təbii yolla vaksinasiyadır.

Baranova hesab edir ki, əhalinin təxminən 70 faizi koronavirusa yoluxduğu zaman virusa qalib gəlmək üçün insanlar arasında anti-cisimləri olan zəruri təbəqə formalaşacaq. Bu halda yoluxma belə kütləvi olmayacaq, hamıda immunitet olacaq.

Xəbər lenti
0