Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Deyirlər, koronavirusun dərmanı tapılıb. Adı...

© AFP 2023 / US ARMY/ERIN BOLLING/HANDOUTТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Favipiravir” dərmanını yaratmış “Fujifilm Toyama Chemical” şirkətinin səhmləri çinli rəsminin tərifindən sonra kəskin şəkildə bahalaşıb

BAKI, 18 mart — Sputnik. Çinin səhiyyə rəsmiləri Yaponiyada qripin müalicəsi üçün istifadə edilən dərmanın koronavirusa qarşı effektiv olduğunu bildiriblər.

Тест на коронавирус - Sputnik Azərbaycan
SƏHİYYƏ
Koronavirusa görə evdə analiz götürüləcək

Sputnik AzərbaycanThe Guardian” nəşrinə istinadən xəbər verir ki, “favipiravir” adlı dərman “Fujifilm” şirkətinin törəmə qurumu olan “Fujifilm Toyama Chemical” tərəfindən yaradılıb. 

Çinin Elm və Texnologiya Nazirliyinin rəsmisi Çjan Sinmin deyib ki, “favipiravir” adlı qrip əleyhinə dərmanın Uhan və Şençjen şəhərlərində keçirilmiş klinik sınaqları ümidverici nəticələr verib. Sınaqlarda 340 xəstə iştirak edib.

“Dərman yüksək dərəcədə təhlükəsizdir və müalicədə açıq-aşkar effektivdir”, – Çjan çərşənbə axşamı jurnalistlərə bildirib.

Yaponiyanın “NHK” telekanalı xəbər verir ki, Şençjendə bu dərmanı qəbul etmiş xəstələr virus testinin müsbət nəticə verməsindən təxminən dörd gün sonra sağalıblar. Halbuki bu dərmanla müalicə olunmayan xəstələr üçün bu göstərici təxminən 11 gün olub.

Koronavirusla mübarizə aparan tibb işçiləri ilə bağlı sərəncam verildi

Bundan əlavə, rentgen müayinəsi “favipiravir” ilə müalicə olunan xəstələrin təxminən 91 faizində ağciyərin vəziyyətinin yaxşılaşdığını təsdiqləyib. Lakin bu dərmanla müalicə olunmayan xəstələrin 62 faizində ağciyərin vəziyyətinin yaxşılaşdığı müşahidə olunub.

2014-cü ildə “Avigan” adı ilə tanınan “Fujifilm Toyama Chemical” şirkəti bu iddialara şərh verməkdən imtina edib.

Çinli rəsminin şərhlərindən sonra şirkətin səhmlərinin qiyməti çərşənbə günü 14,7 faiz artaraq 5,207 yenə (82,36 manata) yaxınlaşıb, eləcə də qısa müddətliyinə günlük 5,238 yen (82,92 manat) limitinə yüksəlib.

Xəbər lenti
0